Berenlə Kənan boşanır, tarix bəlli oldu

berenle-kenan-bosanir-tarix-belli-oldu
Oxunma sayı: 1926

Bir müddətdir haqlarında ayrılma xəbərləri çıxan Beren Saatla Kənan Doğulu boşanır.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2014-cü ildə evlənən cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Məşhurlar martın 28-də anlaşmalı olaraq boşanacaqlar. 

Qeyd edək ki, cütlüyün evliliyində problemlərin olması Beren Saatın doğum günündə İnstagram hesabında etdiyi paylaşımla ortaya çıxmışdı.