Berezovski intihar edib - Versiya

berezovski-intihar-edib-versiya
Oxunma sayı: 641

Həmçinin bildirilir ki, iş adamının «bədənində zorakılıq əlaməti» tapılmayıb. Bununla belə Berezovsky-nin intihar edib-etmədiyi açıqlanmır. Bildirilir ki, növbəti mərhələdə ekspertlər toksikoloji ekspertiza keçirəcək və nəticələr bir neçə həftəyə məlum olacaq. Bu müddət ərzində Berezovsky-nin meyitinin aşkarlandığı ev mühasirədə saxlanacaq.

67 yaşlı Berezovsky şənbə günü Londonun 40 kilometrliyində yerləşən Askot kəndindəki evinin hamamında ölü tapılıb. İş adamı və siyasətçi Rusiyanı 2000-ci ildə tərk edib və Böyük Britaniyadan siyasi sığınacaq alıb. O, vaxtaşırı Rusiya prezidenti Vladimir Putini tənqid edirdi.

Boris Berezovsky Rusiyada axtarışda idi. Onun haqqında dövlət əmlakını mənimsəmə ittihamı ilə qiyabi həbs qərarı çıxarılmışdı. Son vaxtlar Berezovsky-nin sərvətinin kəskin azaldığı bildirilirdi. O, Londondakı ofisini bağlamış, bir sıra bahalı əmlakını hərraca çıxarmışdı.