Əri 55 yaşlı arvadından şübhələnib bıçaqladı

<b>Əri 55 yaşlı arvadından şübhələnib bıçaqladı</b>
Oxunma sayı: 356

“Qafqazinfo”nun məlumatına görə, qanlı hadisə Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Arvadından şübhələnən 62 yaşlı Müzəffər Xalıqov dünən saat 16:00 radələrində “Çudo Peçka” restoranın qarşısında 55 yaşlı həyat yoldaşı olan Nazilə Xalıqovanı başqa kişi ilə birlikdə görüb. Əsəbiləşən M. Xalıqov cibindən çıxardığı bıçağı Nazilənin sinəsinə soxub. Qadın aldığı xəsarətdən küçənin ortasında qalıb. Ətrafdakı sakinlərin köməkliyi ilə xəstəxanaya çatdırılan qadının həyatını həlimlər xilas edə bilib.
Xəsarətləri ağır olduğunda reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı qəsdən adamöldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqını Binəqədi rayon Prokurorlunun müstəntiqi İlyas Seyidov aparır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi