Əri, özü və baldızı... - Fotolar

eri-ozu-ve-baldizi-fotolar
Oxunma sayı: 697

Azərbaycana Olimpiadada 2-ci gümüş medalı qazandıran idmançını yaxından tanıyaq.

Ukrayna əsilli güləşçimiz 1988-ci il iyunun 3-də Lvov şəhərində anadan olub. İdman karyerasına 2000-ci ildə start verən Stadnik ilk ciddi uğurunu 2008-ci ildə qazanıb. Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatını qızıl medalla başa vuran M. Stadnik həmin il Pekin Olimpiadasının bürünc medalını qazanıb. 2009-cu ildə isə Olimpiyaçımız həm dünya (Herninq, Danimarka) , həm də Avropa (Vilnüs, Litva) çempionu olub. 48 kq çəki dərəcəsində güləşən idmançımız 2011-ci ildə də analoji uğuru təkrarlamağa yaxın olub. Lakin Dortmundda Avropa çempionu olan Mariya İstanbulda keçirilən Dünya Çempionatının final görüşündə uduzaraq gümüş medal qazanıb.

3 il əvvəl ailə quran Mariya Stadnikin həyat yoldaşı Andrey Stadnik də güləşçidir. Andrey Mariyaya 2010-cu ildən həm də məşqçilik edir. Bundan başqa, Andreyin bacısı Yana Stadnik də güləşçi olub, Mariya ilə eyni çəki dərəcəsində çıxış edir (48 kq).
24 yaşlı Stadnik Londonda “gümüş” qazandıqdan sonra məyus olduğunu bildirib: “Mən Londona “qızıl” üçün gəlmişdim. Başqa nəticələr məni qane etmirdi”.

Ümid edək ki, Mariya növbəti Olimpiadada məqsədinə çatacaq.

Ceyhun Əhmədov