“Ərim məni döyür”

erim-meni-doyur
Oxunma sayı: 875

Türkiyə çempionu əzələləri olmasına baxmayaraq, həyat yoldaşının onu döyməsinə reaksiya vermədiyini bildirib: “Həyat yoldaşım çempion olanda belə uğuruma ortaq olmadı. Dostlarına məni bəyənmədiyini söyləyirdi. Qadın heç bir zaman kişidən bir addım öndə olmayacaq. Əzələ baxımından da, ruhən də, maddi baxımdan da. Hərdən bir yoldaşım məni vururdu. 1-2 il əvvəl də belə bir şey baş vermişdi”.

Mübahisənin əsas səbəbi kimi idmançı həyat yoldaşının evə pul gətirməməsini, özü üçün hazırladığı xüsusi idmançı menyularını yeməyə başlamasını göstərib: “Evin kirayəsini mən verirəm deyib, saçımdam çəkdi və yerə yıxıldım. Üstümdə oturdu və düz boynuma vurmağa başladı. 20 dəfə yumruqladı. Ayağa durdum. O, qarşılıq verməyimi istədi. Mən qadın ruhu daşıyıram. Eyni yastığa baş qoyduğum adama əl qaldırmazdım. Mənə “əzələlərin var, istifadə etsənə” deyirdi. İndiyə qədər ancaq uşağıma görə susmuşdum”.
Həyat yoldaşının ən böyük əngəl olduğunu deyən İşıl Aktan 23-25 sentyabrda Türkiyə çempionatının dünya seçimlərində kubok əldə edəcəyinə inandığını da qeyd edib.

Səidə