“Ərim müğənni olmağımla fəxr edir”- Fotosessiya

erim-mugenni-olmagimla-fexr-edir-fotosessiya
Oxunma sayı: 710

Milli.Az xəbər portalı Day.Az-a istinadən bildirir ki, populyar estrada müğənnisi Sevda Əliqızı bildirib ki, bir vaxtlar duet oxduğu Səməd Səmədovla indi yalnız toylarda çıxış edir.

"Efirdə isə ancaq solo oxuyacam, o da eynən belə edəcək. Kiminləsə duet oxumağı hələ ki, fikirləşmirəm, - S.Əliqızı söyləyib. - Onsuz oxumağın çətin olacağını düşünmürəm, çünki həyatım boyu tək oxumuşam. Səmədlə 12 ildir, oxuyuram, amma əvvəllər tək olmuşam. Bunu hamı bilir. Sadəcə, onunla illər boyu birlikdə oxuduğumdan hamı düşünür ki, duetimiz var. Lakin bu, yanlış fikirdir. Hətta onunla işləyəndə də yaradıcılığımla məşğul olmuşam. Amma artıq yetər, duetlərin sonu çatdı!"

S.Əliqızı həmkarları Aygün Kazımova və ya İradə İbrahimova təki Türkiyə şou-biznesinə qatılmağı da düşünüb.
"Qoy, bir az vaxt keçsin. Ona görə də burada çoxlu işlərim var, onlarla məşğulam. Təkliflər alıram. Lakin tələsmirəm, görək sonra nə olur", - müğənni dedi.

S.Əliqızı daha sonra bildirib ki, əri onun oxumağına etiraz etmir: "Onun guya sənətimə qarşı çıxması barədə şayiələrin niyə yayıldığını anlamıram. Əksinə, ərim müğənni olmağımla fəxr edir. Gənc müğənnilərə ailədə hansısa yasaqlar qoyulur. Mən isə gənc deyiləm, hər şeyə nail olmuşam. Ona görə indi səhnəni tərk etməyim axmaqlıq olardı. Vaxt gələndə özüm gedəcəyəm. Amma indi yox. Ərimin məndən yaşca kiçik olması barədə deyilənlər də yanlışdır. Əksinə, ərim məndən 2 yaş böyükdür. Amma yaşca məndən 2-5 yaş kiçik olsaydı belə, nə fərq edərdi ki?! Məhəbbət yaşa baxmır".

S.Əliqızı onu da vurğulayıb ki, plastik cərrahiyyə əməliyyatı barədə hələ düşünmür.