Ərinə xəyanət edən qadın saraydan qovuldu

erine-xeyanet-eden-qadin-saraydan-qovuldu
Oxunma sayı: 646

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Afrikanın yeganə kralı olan III Msvatinin 23 yaşlı xanımı Nothando Dubenin ərini ədliyyə naziri ilə aldatdığı bildirilir. Avqust ayında xəyanət etməsi ilə sarayda nəzarət altında saxlanılan kraliça zədələnən oğlunu xəstəxanaya çatırmaq istəyərkən mühafizəçilərlə mübahisə etdiyi iddia edilir.
Cənubi Afrikada nəşr olunan “Sunday Times” qəzetinə müsahibə verən Dube, “özümü qoruya bilmək üçün mühafizəçilərə gözyaşardıcı qaz sıxmağa məcbur oldum”, deyib. Ancaq uşaqlarıyla saraydan çıxmasına icazə verilməyən Dube, Ana Kraliçanın qərarıyla saradan uzaqlaşdırıldığı xəbər verilir. Xəyanət iddialarını təkzib edən 23 yaşlı Dube o zamanda kralı görməyə icazə verilmədiyini söyləyib.
Saraydan yüksək səviyyəli bir məmur kraliça Dubenin saraydan qovulmasının doğru olmadığını söyləyib. Kral təmçilçisi gənc qadının nənəsini ziyarətə getdiyini deyib.