Berkay ikinci dəfə ata oldu

berkay-ikinci-defe-ata-oldu
Oxunma sayı: 1551

Türkiyənin məşhur müğənnisi Berkay Şahin ikinci dəfə ata olub.

“Qafqazinfo”nun xəbərinə görə, Özlem Ada Şahin ilə evli olan sənətçinin qızı dünyaya gəlib. 

Cütlük körpəyə Zeynəb Mira adını verib.

Qeyd edək ki, Berkayla Özlem 2016-cı ildə ailə qurub. Cütlüyün 2017-ci ildə Arya adlı qızı doğulub.