“Bərkdən qışqırın, sizi eşitmirəm” - Trampla bağlı sualdan qaçdı

berkden-qisqirin-sizi-esitmirem
Oxunma sayı: 4691

Rusiya xarici işlər nazir Sergey Lavrovun amerikalı jurnalistin Qüdslə bağlı sualına verdiyi cavab jurnalistin zalı tərk etməsinə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Lavrovun ABŞ dövlət katibi Reks Tillersonla Vyana görüşü zamanı yaşanıb. 

Danışıqlardan əvvəl qadın nazirə “ABŞ prezidentinin səfirliyi Tel-Əvivdən Qüdsə köçürmək təşəbbüsünə necə baxırsınız” sualını verib. Lavrov isə zarafatla “Bərkdən qışqırın, mən sizi eşitmirəm” cavabını verib. Amerikalı jurnalistin bu cavabdan sonra otağı tərk etdiyi bildirilir.