Berluskoni 75 yaşında yenidən ata olacaq

berluskoni-75-yasinda-yeniden-ata-olacaq
Oxunma sayı: 642

Aktrisa “Niyə məhz Berluskonidən hamilə qaldığına belə əminsən?" sualına belə cavab verib; "Hər şey çox sadədir. Mən yalnız onunla olmuşam".

Model 75 yaşlı siyasətçinin ata olacağı xəbərinə reaksiyasını danışmaqdan imtina edib.

Beqanın 3 aylıq hamilə fotoları bu ayın əvvələrində İtalyanın internet-jurnallarında peyda olub. Aktrisa o zaman uşağının atasının Berluskoni olduğunu açıqlamamışdı. Deyilənə görə, onların romanı 2008-ci ilin mayında başlayıb, 2012-ci ilin mayında isə o, eks baş nazirdən uşaq istədiyini elan edib.

Qeyd edək ki, alman aktrisası Berluskoninin 2008-2009 illərdə təşkil etdiyi gecələrin işində əsas fiqur idi. Keçmiş baş nazir hələ də yetkinlik yaşına çatmamış fahişələrin xidmətindən istifadədə günahlandırılır.

Sabina Beqan 1974-ci ildə anadan olub. 1996-cı ildə aktrisa italyan seriallarında çəkilib. Rəsmi mənbələrə əsasən, Berluskoninin iki həyat yoldaşından 5 övladı - 2 oğlu, 3 qızı var. Onlardan ən böyüyü Marina Berluskoninin bu ilin 6 avqustunda 46 yaşı tamam oldu./anspress/