Berluskoni bu qızın varlığını təsdiqlədi - Fotolar

berluskoni-bu-qizin-varligini-tesdiqledi-fotolar
Oxunma sayı: 654

"Bəli, bu, rəsmidir. O, Neapoldandır. Onun adı Françeskadır, qızın görkəmi gözəl olmaqla yanaşı, qəlbi də gözəldir. O, mənə çox yaxşı münasibət göstərir və bu, qarşılıqlıdır", - deyə Berluskoni vurğulayır.

Baş nazir danışıb ki, o, Françeska ilə 7 ildir ki, tanışdır. Qız siyasətçinin pərəstişkarları klubuna başçılıq edib. Könüllülərin yığdığı pulla o, təyyarə sifariş edib. Təyyarə sahil boyunсa uçub və üzərində aşağıdakı sözlər yazılmış plakat daşıyıb: "Silvio, biz sənsiz darıxırıq". Sonra qız yazını dəyişib: "Silvio, mən sənsiz darıxıram".

"O, mənim yanımda, mənim siyasi qərargahımda işləyib. O, Marinanın yaxın rəfiqəsidir", - deyə siyasətçi birinсi nikahından olan böyük qızını yada salıb. Marina ailə holdinqi "Fininvest"in prezidentidir. "Marina məhkəmələr və istintaqlar zamanı hamıdan çox əzab çəkirdi, indi o, mənə anam kimi yaxındır", - deyə Berluskoni əlavə edib./anspress/