Berluskoni qayıdır

berluskoni-qayidir
Oxunma sayı: 634

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Berluskoninin lideri olduğu “Xalq Azadlığı” partiyası seçkilərdə iştirakdan imtina edəcəyini desə də, partiyadan olan bir mənbə keçmiş nazirin yenidən namizədliyini irəli sürəcəyini deyib.

Xatırladaq ki, iqtisadi böhrandan sonra ötən il istefa verən Berluskoni bu ilin oktyabrında vergidən yayınmaqda ittiham olunmuşdu. Berluskoninin partiyasının baş katibi Ancelino Alfano da İtaliya mediasına açıqlamasında 76 yaşlı siyasətçinin təkrar baş nazir olmaq istədiyini bildirib.

Qeyd edək ki, Berluskoni bu yaxınlarda açıqlama verərək siyasətə dönməsi üçün böyük tələb olduğunu qeyd etmişdi.