Berluskonidən “kəşf” - “Qara dəniz qara deyilmiş”

berluskoniden-kesf
Oxunma sayı: 2672

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmək üçün Moskvaya gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qara dəniz sahillərində çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşan Berluskoni maraqlı rəyi ilə izləyiciləri güldürüb: “Yayılmış bir yalanı ortaya çıxardım. Qara dəniz qara deyil, masmavi bir rəngdə imiş”.

Xatırladaq ki, Berluskoni ötən il  Rusiya prezidentinin ad gününə üzərində Putinlə özünün şəkli olan yataq dəsti hədiyyə göndərmişdi.