Erməni deputat kostyum ala bilmir

ermeni-deputat-kostyum-ala-bilmir
Oxunma sayı: 642

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının nümayəndəsi Tiqran Urixanyan qanunverici orqana təqdim olunan pul vəsaitinin ölçüsündən narazı olduğunu bildirib. Onun sözlərinə görə, büdcə vəsaitinin məhdud olmasını başa düşür, lakin niyə görə parlamentə stolu öz hesabına gətirməlidir. Parlamentari həmçinin onu da əlavə edib ki, verilən maaş o qədər azdır ki, Azərbaycan nümayəndə heyəti ilə görüşdə utanmamaq üçün kostyum almağa belə kifayət etmir.

Deputat daha sonra Ermənistan parlament aparatının rəhbəri Qurqen Dumanyana müraciət edərək “maraqlanmaq istəyirəm, məsələn, parlamentə avadanlıqların alınması üçün vəsait nəzərdə tutulub?” sözlərini deyib: “Bütün bunlar mənəvi psixoloji atmosferə təsir edir. Deputatdan iş və nəticə tələb edirlər, hansı ki onu bütün vacib olanla təmin etməlidirlər”.

Aparat sədri Dumanyan isə öz növbəsində bildirib ki, 2013-cü il üzrə dövlət büdcəsi layihəsində parlament üçün vəsait ayrılması nəzərdə tutulub: “Biz beynəlxalq donorlarımızla əməkdaşlıq edirik və vəsait təqdim ediləcək. Məsələn, biz Dünya Bankı ilə proqram reallaşdırırıq və tezliklə parlamentə yeni mebellər gətiriləcək”.