Erməni dostları Egemen Baxışı həbs etdirir

ermeni-dostlari-egemen-baxisi-hebs-etdirir
Oxunma sayı: 649

Sürix dövlət prokuroru da məlumatı təsdiqləyib: “Keçən həftə prokurorluğumuza bu məsələ ilə bağlı ərizə daxil oldu. Ərizədə cənab Bağışın İsveçrə cəza qanununun 261. maddəsində irqçilik başlığı ilə yer alan qanunun əleyhinə hərəkət etdiyi deyilir. Prokurorluq iddianı ciddi qəbul edərək ilkin istintaqa başlayıb. İndi Egemen Bağışın ərizədə deyildiyi kimi erməni soyqırımını inkar sözlərini söyləyib söyləmədiyini araşdıracağıq. Diplomatik toxunulmazlığının olub-olmadığına baxacağıq. Nəticədə qanuna zidd bir durum varsa və diplomatik toxunulmazlığı yoxsa haqqında dava açacağıq”.

Burada bir neçə məqamı qeyd etmək yerinə düşür. Əslində Egemen Baxışa qarşı baş verənləri taleyin ironiyası da adlandırmaq olar. Çünki adıçəkilən nazir indiyə kimi dəfələrlə ermənipərəst mövqe sərgiləyib. İsveçrənin hələ Fransadan əvvəl qondarma “erməni soyqırımı”nı tanımasını heç kəs unutmayıb. Söhbət o ölkədən gedir ki, yaxın keçmişdə orada Egemen Baxışın bilavasitə iştirakı ilə “erməni protokolları” da hazırlanmışdı. Bundan daha əvvəl isə Hrant Dink 2007-ci il yanvarın 19-da İstanbulda qətlə yetiriliəndə
Egemen Baxış hamıdan qabaq onların ailəsinə baş çəkmiş və jurnalistin həyat yoldaşını qucaqlayaraq indi qardaş ölkədə tez-tez sloqan kimi istifadə olunan “hepimiz erməniyiz” sözünü demişdi. Bu sadəcə, faktlardır və yeri gəldiyi üçün qeyd etdik. Biz yaxşı bilirik ki, heç bir yaxşılıq qanmayan ermənilər öz mənafeləri uğrunda nə dostluq, nə qonşuluq anlamazlar. O üzdən Egemen Baxış timsalında gərək hər kəsə görk olsun ki, erməniyə “day”ı deməyin axırı Allah qorusun, həbsxana ilə də nəticələnə bilər...