Erməni Fransanın “səbəblərini” açıqlayıb

ermeni-fransanin-sebeblerini-aciqlayib
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, Riçard Fransa parlamentinin “erməni soyqırımı”nın inkarını cinayət hesab edən qanunun qəbulunun Türkiyə və Ermənistan arasındakı əlaqələrə mənfi təsir edəcəyini bildirib. Hesabatda qeyd edilir ki, Fransanın bu qanunu qəbul etməsinin arxasında üç əsas səbəb durur. Birincisi, prezident Sarkozi seçki əvvəli ölkədə yaşayan və siyasi baxımdan aktiv olan 500 min erməni əsilli vətəndaşın səsini qazanmaq üçün belə bir addım atıb. İkinci səbəb kimi Paris hökumətinin qəbul edilən bu qanunla Ankaranı utandırmaq və türk hökumətinə zərər vermək istəyi göstərilib. Bununla da, Türkiyənin Avropa Birliyinə üzvlüyü də çətinləşəcək. Digər bir səbəb kimi isə qanunun Fransanın dünya arenasındakı nüfuzu və siyasi liderliyini gücləndirməyə hədəfləndiyi qeyd edilib.

Səidə