Erməni mətbuatı Ramil Usubovun səfərindən yazdı

ermeni-metbuati-ramil-usubovun-seferinden-yazdi-
Oxunma sayı: 769

“MDB ölkələrinin Daxili İşlər Nazirliklərinin Şurası siyasi təşkilat deyil”. “Qafqazinfo”nun erməni saytlarına istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyev “Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın və Azərbaycanın polis orqanlarının əməkdaşlığı kontekstində” sualını cavablandırarkən deyib: “Biz bu məsələlərlə məşğul deyilik. Mən minnətdaram ki, ötən bir neçə il ərzində Ramil Usubovla Aykom Arutyunyam, indi isə Alik Sarkisyanla arasındakı münasibətlərdə indi bu məsələ dayanmır. Biz başa düşürük ki, elə məsələlər var ki, onları bilavasitə siyasətçilər həll edir və edəcəklər. Bizim əsas vəzifəmiz cinayətkarlıqla mübarizədir. Bizim yaxın qonşular kimi başa düşməyimiz vacibdir ki, Ermənistan və Azərbaycanda yaşayan insanlar təhlükəsiz şəraitdə olmalıdır. Mən öz həmkarlarıma bu yanaşmaya və onun praktik həllinə görə minnətdaram”.

Ermənistanın daxili işlər naziri Alik Sarkisyan isə bildirib ki, onun R. Usubovla görüşü nəzərdə tutulmur: “Biz dünən görüşdük, lakin siyasi məsələlər müzakirə edilmədi. Bizim buna haqqımız yoxdur. Bizim strukturlar qeyri - siyasiləşmişdir. O öz işinə, mən öz işimə görə cavabdehəm. Biz ancaq polisin funksiyasına aid olan məsələləri müzakirə edirik”.

Səidə