Erməni qızı Bakıya gəlir - Fotosessiya

ermeni-qizi-bakiya-gelir-fotosessiya
Oxunma sayı: 1357

Ermənistanı 2012-ci ildə Bakıda keçiriləcək “Avrovizion” yarışmasında Bakı ermənilərindən olduğu bildirilən müğənni Lusiya Mun (Babayans) təmsil edə bilər. “Qafqazinfo”nun erməni saytına istinadən verdiyi xəbərə görə, Los-Ancelosda yaşayan və Ermənistanda tanınmayan Mun təklifi məmnuniyyətlə qəbul edib. Onun sevgi məzmunlu yeni mahnısını da müsabiqəyə təqdim edəcəyi bildirilir.

Lusiya Munun bioqrafiyası haqqında məlumat verən erməni mətbuatı müğənninin uşaqlıq və gənclik illərini Bakıda keçirdiyini, 1988-ci ildə Sumqayıt hadisələrindən sonra ailəsi ilə birgə Ermənistana köçdüyünü qeyd edib.