Erməni quldurları ilə söhbət – II hissə

ermeni-quldurlari-ile-sohbet-ii-hisse
Oxunma sayı: 2250


Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı Soyqırımı” kitabı nəşr edilib. “Qafqazinfo” mövzunun aktuallığını, hadisələrə yanaşma tərzinin fərqliliyini nəzərə alaraq kitabın bir hissəsini oxuculara təqdim edir:



Əvvəli BURADA


BEŞMƏRTƏBƏ DÖYÜŞÜ

Xocalının igid oğulları döyüşür, doğma yurdlarını düşmənə asanlıqla təslim etmirdilər. Ən yaraşıqlı binala-rından biri olan Beşmərtəbədə çoxlu Xocalı camaatı top-laşmışdı. Onlar mərdliklə düşmənin həmlələrini dəf edir-dilər. Hətta fevralın 26-sı günündə də Beşmərtəbədəki ca-maat düşmənə müqavimət göstərmiş, doğma yurdlarındakı son sığınacağı ermənilərə təslim etmək istəməmişdilər. Lakin düşmən güclü və çox idi. Bir də köməyə gələn qüvvə də yox idi.

Beləcə, Beşmərtəbə də süquta uğradı.
Xocalının igid oğulları son sığınacağı da tərk etdilər.
Fevralın 25-dən 26-na keçən gecə elə adamlar oldu ki, evinə od vurulduğundan qaça da bilmədi, diri-diri yandı.

Qaçanların taleyi isə acınacaqlı oldu. Zülmün, işgən-cənin hansı üzünü görmədi bu xocalılar? Çoxunu qatil er-mənilər mühasirəyə alıb qırdı, çoxunu girov götürüb başına min bir müsibət gətirdi. Çoxu da qarın, şaxtanın soyuğuna dözə bilməyib dondu. Canını qurtaranların ilk pənah gətirdiyi yer Ağdam idi. Ağdam həmin o çətin günlərdə xocalıların ümid qapısına çevrilmişdi.

Sağ qalan xocalıları, başı müsibətlər çəkmiş xocalıları soraqlaya- soraqlaya Ağdama gedirəm.

AÇILMAYAN DÜYÜNLƏR

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciələrindən biri baş verdi: Azərbaycanın Xocalı şəhərində erməni faşistləri ilə rus hərbçiləri dinc əhalini vəhşicəsinə qətlə yetirdilər. Yeddi minə yaxın sakinə divan tutuldu.

AĞDAMDA ÖLGÜNLÜK VAR

Ağdamda bir ölgünlük hiss olunur. Küçələrdə az-az gözə görünən adamlar qaşqabaqlı və qanıqaradırlar. Qapıların çoxundan qıfıl asılıb. Şəhər sanki matəm içindədir. Hərbi libaslı adamlar isə daha tez-tez gözə dəyir.

YAZIQ XOCALILAR!

Səhər erkən yazıq xocalılar Xalq Cəbhəsi binasının qarşısına toplaşırlar. Qocalı, cavanlı, hamısının beli bükülüb. Onlar bura zəif bir ümid işığıyla gəlirlər: bəlkə qırılanlarımızdan, itənlərimizdən bir soraq verildi. İtən, qırılan da ki, bir deyil, beş deyil... Xocalılara baxıram. Kimi quru torpağın üstə oturub, kimi də ümidsiz, hissiz halda gözünü bir nöqtəyə dikib. Xocalılara baxıram və dərdin böyüklüyündən içərim alışıb yanır. Qəfildən dəhşətli bir fikir silkələyir məni: deyəsən, bu xocalıların yalnız gözləri baxır, yaşamaq üçün gərəkli olan bütün istəkləri boğulub, məhv edilib. Yurdu zəbt olunan, evi, eşiyi dağıdılan, qohu-mu-qardaşı qətlə yetirilən adamın əhvalı bəs necə olsun?

AĞDAM XALQ CƏBHƏSİNDƏ

AXC Ağdam şöbəsinin sədri Allahverdi bəyi1 xoca-lılar hər yandan dövrəyə alıblar. Bu gün o, Xocalıdan me-yidləri gətirməlidir. Ermənilərlə bu haqda razılıq əldə olu-nub. Xocalılar əli qoynunda dayanıb meyidlərin nə vaxt gətiriləcəyini gözləyirlər. İyirmi günə yaxındır ki, onlar belə işgəncəli ömür yaşayır, meyid gözləyirlər!

Allahverdi bəyin başı bərk qarışıq olsa da, ara-sıra söhbət edə bilirəm. O, Xocalı qırğınının "açılmayan düyü-nündən" ilk məlumat verir: "Qırğının qarşısını ala bilərdik. Onları xilas etmək üçün əməliyyat planımız da vardı. Am-ma...".

Ağdamda bu "amma"ları hələ çox eşidəcəyəm. Və çoxları bu sözü təkrar edib deyəcək: "Xocalıları qırğından qurtarmaq üçün əməliyyat planı hazırlanmışdı. Amma...".
Əməliyyat planını pozan, adamları qırğından qurtar-mağa maneçilik törədən kim idi axı?
1 Allahverdi Bağırov qəhrəmanlıqla həlak olub.

BAŞ HƏKİMİN QƏRİBƏ İFADƏSİ


Ağdam rayon xəstəxanasının baş həkimi Tariyel Eyvazovla söhbətdən daha acı faktlar öyrəndim. Baş həki-min dedikləri: - Həmin gün tapşırıq verilmişdi ki, xəstəxa-nanı, operasiya stollarını hazır vəziyyətdə saxlayaq. Ağır vəziyyətdə olanları Bakıya çatdırmaq üçün iki vertolyot da ayrılmışdı...

Qəribədir! Qırğın hələ başlanmayıb. Amma onu qar-şılamağa hazırlıq görülür.
BİR HAŞİYƏ: Ermənilərin Xocalıda tutub iyirmi günə qədər girov saxladıqları Yaqub Məmmədovun ifadəsi: - Ermənilər bizə dedilər ki, iki gün əvvəldən bütün xocalılara və "sizinkilərə" (yəni rəhbərlərinizə) çatdırmışdıq ki, ora hücum olacaq. Hətta gününü də demişdik.

Qəribə məntiqdir. Ermənilər hücumun vaxtını, gününü də çatdırır "bizimkilərə", xəstəxana hazırlıq vəziyyətinə gətirilir...
Düyünlər hələ də dolaşıqdır.

MEYİDLƏRİ GƏTİRMƏYƏ GEDİRİK


"UAZ" maşınında dördümüzük: Allahverdi bəy, köməkçisi, sürücü və mən. Arxadakı "Kamaz"da isə 16 nəfər əyləşib, meyidləri yığmaq üçün. Meyid yığmaq üçün adam tapmaq da çətindir. Çoxunun ürəyi gəlmir getməyə.

Allahverdi bəy əvvəlcədən ermənilərlə danışıb. Razı-lığa gəliblər ki, iki girov erməninin əvəzinə meyidləri və bir azərbaycanlı girovu dəyişsinlər. Saat 12- də ermənilərlə müəyyənləşdirilmiş yerdə görüşməliyik.

BİR ƏLAVƏ. Ağdam rayon Xalq Cəbhəsinin sədri Allahverdi bəy haqqında çoxları razılıq və minnətdarlıqla danışır. Məhz onun bacarığı, səyi nəticəsində çoxları əsirlikdən buraxılıb, yüzlərlə meyidi gətirib basdırmaq mümkün olub.
Ağdamın qurtaracağında post qoyulub. Bura "Qatır Məmməd" adı ilə məşhur olan Yaqubun dəstəsinin nəzarətindədir. Postun kənarında isə üstündə Yaqubun həlak olan oğlu Canpoladın adı yazılmış tank dayanıb. Öyrənirəm ki, Yaqub bəy qəhrəmanlıqla həlak olan oğlunun meyidini dünən ermənilərdən alıb basdırıb. Neçə müddət idi ki, ermənilər meyiti vermirdilər.

ERMƏNİ QULDURLARI İLƏ GÖRÜŞ

Əsgəran yoluna çatırıq. Qarşıda ermənilərin postu qoyulub. Ratsiya ilə xəbər verməyimizə baxmayaraq sürü-cü maşının işığını yandırıb-söndürərək işarə verməyə baş-ladı. Allahverdinin köməkçisi maşından düşüb onlara tərəf getdi. Allahverdi bəy qazılmış yolu göstərib dedi: - Bax buranı ermənilər qazıb. Axıra kimi yolu qazmaq istə-yirdilər ki, tank keçməsin. Mən onlarla danışıb qoymadım. Amma belə getsə axıra kimi qazacaqlar. Belə olmaz axı! Silahımız azdır, texnika çatışmır. Bax, gedib çətinliklə
Əsgəranı almışdıq. Yağışın altında gecə saat 12-yə kimi ermənilərlə döyüşdük. Kömək olmadığından geri çəkilməyə məcbur olduq, o Qaraqayanı görürsünüzmü? Ora da əlimizdə idi. Amma saxlaya bilmədik.

Allahverdi bəy narazı halda danışır. Qaraqayadan isə ermənilər Ağdama güllə atırlar.
...Ermənilərin sarı rəngli "UAZ"ı on metrliyimizdə da-yanır. Allahverdi bəy düşüb, maşına sarı gedir. Mənə isə düşməməyi, maşında oturmağı tapşırır. Kənardan görüşü müşahidə edirəm. Ermənilərin komandiri Vladik maşından düşüb Allahverdi ilə görüşür. Özü də mehribanlıqla, heç nə olmamış kimi səmimi görüşür.

KİÇİK HAŞİYƏ. Allahverdi bəyin Vladiklə çoxdankı tanışlığının nəticəsində belə görüşürlər mümkün olur: Ermənilər öz girovlarını qəbul edir, bizimkiləri isə verirlər.
Maşından beş nəfər əlavə silahlı quldur düşür və düş-mən hesab etdikləri azərbaycanlılarla görüşürlər. Kənardan baxanda ermənilərin bu davranış və hərəkətindən "qul-durluq, vəhşilik" əlaməti yağmır. Amma bu xain xəstələrin içərisində bizi hər zaman sancmağa hazır olan zəhərli bir ilan yatır.

Bu vaxt maşından qara paltarlı heysiz-halsız bir kişi düşürülür. Qısa danışıqdan sonra qara paltarlı kişi əyləşdi-yim maşına tərəf gəlir. Gözlərində kədər qarışıq sevinc ifadəsi var. Maşına əyləşən kimi sorğu-suala tuturam:

* Ermənilər nə vaxt tutmuşdu sizi?
* Xocalıdan bizi qovub çıxaran günün sabahısı Dəhraz kəndində girov götürdülər.
* Harda saxlayırdılar sizi?
* İyirmi gün idi ki, Stepanakertdə saxlayırdılar. Başımıza olmazın oyununu açdılar. Gündə əl boyda çörək, yarım stəkan su verirdilər. Heç bilmirəm ki, oğul- uşağımdan kimlər qaldı, kimlər qırıldı.
Əlli iki yaşlı Yaqub kişi bu sözləri deyib acı-acı hönkürdü. Yazıq görkəmli, başı min bir faciələr çəkmiş bu adamın halına baxdıqca içərim alışıb yanırdı.
Az aralıda isə ermənilər dayanmışdı. Allahverdi bəyin dediyinə əməl etməyib maşından düşüb onlara sarı ge-dirəm. İstəyirəm ki, onlarla azacıq da olsa söhbət edib bu vəhşiliklərini heç olmasa üzlərinə deyim.

ERMƏNİ QULDURLARI İLƏ SÖHBƏT


Komandir Vladik: - Ara, hər şeyi sakitcə, "po çelove-çeski"(yəni insancasına-red) eləmək olar də...
* Axı Xocalı faciəsində hər şey bu dediklərinizdən uzaq oldu.
Quldurlardan biri: - Oradakıları ruslar öldürdü. Qalanları da gecə görməyib bir-birlərinə atıblar.
* Bəs başları kəsilən, əlləri, qulaqları kəsilənlər necə?
Quldurlardan biri: - Biz belə şey etməmişik. Amma si-zinkiləri görürsənmi, danışmışıq güllə atmayaq, lakin atır-sınız.
* Bayaq rusları dediniz, vuruşmaq üçün sizdən çoxmu pul alırlar?
Quldurlardan biri: - Sizdən necə alırlarsa, bizdən də o qədər alırlar. Bizdən də alırlar, sizdən də alırlar bu ruslar.
Başqa bir quldur: - Amma biz də bezmişik. Bəzən ye-məyə çörək də tapmırıq.
Görüş qurtarır. Erməni Vladik zarafatla deyir:
* Allahverdi, maşındakıların sayını dəqiq deyin ha, yoxsa artıq adamı Stepanakertə aparacağıq.
Vladikin ironiya ilə dediyi sözlər içərimi kəsib doğ-rayır: Vətənimdə, torpağımda at oynadana bir bax!
"Kamaz"dakı azərbaycanlılar ermənilərin müşayiəti ilə Xocalı meyidlərini gətirməyə gedirlər. Biz isə Ağdama qayıdırıq.

MEYİD GÖZLƏYƏNLƏR


Bayaqdan sıxıntı içərisindəyəm. Meyid gözləyənlərə yaxınlaşıb sorğu-sual etməkdə çətinlik çəkirəm. Nəhayət, özümdə bir qüvvə tapır, dərd içində boğulub, alışıb yanan zavallılara yaxınlaşıram.
Əliyeva Zoya: - Oğlumdan xəbər-ətər yoxdur. Anamı meşədə girov götürmüşdülər. Bir erməni girovu ilə dəyiş-dirildi. Oğlum, görən, salamatdımı, ay Allah...
Əliyeva Afət: - Bacımın oğlu Ülfəti gözləyirəm. Rus dili institutunda oxuyurdu...
Fərzəliyeva Hürü: - Oğlanlarım beş gün aeroporta keşik çəkdilər, indi heç birindən xəbərim yoxdur.
Bəsti Bəndəliyeva: - Qoca nənəmdən, babamdan heç bir xəbər yoxdur.
Vidadi Əliyev: - Qaynatam altı nəfər ailə üzvü ilə bir-likdə gəlməyib. Haradadırlar, başlarına nə oyun gəldi?...
Çaxalov Vəhdi (mesxeti türkü): - Qardaşım uşaqla-rının beşi də yoxdur. Heç bir xəbər öyrənə bilməmişik.

SAĞ QALAN KİMLƏRDİR?


Hamı Yaqubu qucaqlayıb bağrına basır. Hönkür-hönkür ağlayır. Neçə gündür ermənilərin əsir saxladığı Yaqub onlar üçün qardaş kimi doğmadır, əzizdir. Dağılan yurdlarından daha bir adamı sağ görmək xocalıları necə olsa da, dərddən alışıb yansalar da sevindirir. Yox, təbəssümlə deyil, ağlaya-ağlaya, göz yaşı içərisində sevinirlər. Yazıq xocalılar, zavallı, biçarə millətim!
Sorğu-sual başlayır:
- Ay Yaqub, mənim Halayımı görmədin?
- Halay orda, yanımdeydi, Niftalı da, qardaşı da or-daydılar.
- Ay Yaqub, Anarı görmədin?
- Anar da ordeydi.
- Ay Yaqub, Muradı görmədin bəs?
- Yox, Muradı görmədim. [Sual verən qadın doluxsun-muş halda yana çəkilir.]
- Ay Yaqub, Mobili görmədin, çörək bişirən Mobili?
- Hə, Mobil ordadı.
- Ay Yaqub, Məşədi müəllimin olğunu görmədin?
- Yox, onu görmədim, vallah.
Yaqubu üzük qaşı kimi dövrəyə alıblar. Kiminə ümidli xəbər verir, kiminə də yox. Yaqub yalnız bir yerdə sax-landığı 70 xocalının taleyindən xəbərdardır. Bəs qalanı! Yüzlərlə, minlərlə günahsızın taleyi necə olacaq?
Yaqubun söhbətindən məlum olur ki, Xankəndinin həbsxana və zirzəmilərində çoxlu azərbaycanlı işgəncə çəkir. Onları bəs necə xilas etməli? Öz torpağımızın havasını əsirlikdə udan yurddaşlarımıza kömək əlimizi necə uzadaq?

MƏSCİDDƏ


Ağdam məscidinin qabağı adamla doludur. İndicə maşınla gəlib xəbər verdilər ki, meyidləri gətirirlər. Hamı səbirsizliklə və həyəcanla gözləyir. Meyid gözləmək nə böyük dərd imiş!..
Maşın məscidin həyətində dayanır. Camaatı maşından uzaqlaşdırırlar. Arvadları isə yaxına buraxmırlar. Birinci meyidi düşürəndə qadınlardan biri nalə çəkir: Ay Al-lah, yandım! Yandım!

Nalə, ağlaşma, ah-fəryad göyə yüksəlir. Meyidləri xərəklərlə düşürüb maşına yığırlar. Meyidlərə baxdıqca dəhşət bürüyür məni: yazıq xocalıları nə günə salıblar! Kiminin ayağı kəsilib, kiminin burnu, qulağı, çoxlarının dişi [yəqin qızıldişli olanları] kəlbətinlə qoparılıb. Balaca bir qız uşağının meyidinə isə sakit baxmaq olmur. Yazıq uşağın üzünü vəhşi quşlar dimdikləyib deşik-deşik edib. Yaşlı bir qadının ayağının biri kəsilib, o
biri ayağında isə yamaqlı corab var. Bir cavan oğlanın meyidi lap dəhşətlidir: başının yarısı paralanıb, yoxdur.

Meyidləri maşından düşürüb məscidə yığırlar. Meyid-lər aparıldıqca kənarda dayanan bir Xocalı ağsaqqalı dərd-li-dərdli deyir:

- Bax, o, Bahadırın meyididir. Səlimov Bahadırın. O Zərifin meyididir. O da Xəlilin meyididir. Baxan kimi ta-nıdım.
...Xocalılar ağır dərd içində otaqlara girib meyidlərə baxır. Kimi doğmasını axtarır, kimi oğlunu, kimi qızını... Qəfildən bir nalə eşidilir: - Ay Rza, mən səni belə sax-lamamışam, ay Rza! Səni nə hala salıblar, ay Rza!
Qadının ürəkparçalayan səsi bütün Ağdama yayılır...

MEYİD GƏTİRƏNLƏRİN DEDİKLƏRİ


Meyidləri gətirənlərə yaxınlaşıram. Hamısının üst-başı toz-torpaqdır. Ağır da olsa, çətin də gəlsə onları söhbətə tuturam: - Meyidlərin hamısını gətirə bildiniz, yoxsa qalanı oldu?
Baxış kişi: - Yox, ay bala, meyid doludu, dolu. Hara baxırsan meyid görünür.
Vəliyəddin kişi: - Biz yalnız donuz fermasının üstün-dəkiləri yığa bildik. Qalanı qaldı. Ermənilər deyir hələ meşənin içində o qədər meyid var ki...

AÇILMAYAN DÜYÜNLƏR

Xocalılar haqlı olaraq ittiham edirlər:
- Əgər bizi qorumayacaqdılarsa, niyə başımızın altına balış qoyub arxayın salırdılar: deyirdilər ki, qorxmayın, sizi qoruyuruq?
Təşkil edib arvad-uşağı niyə çıxartmadılar?
- Xocalıda sonuncu vertolyot yanvarın 28-də gəlib. Bu xəbərdarlıq deyildimi böyüklərimizə.
- Həmin günü ermənilərin hücum edəcəyini bizim rəh-bərlər bilirmiş, niyə tədbir görməyiblər?
Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciələrindən biri - Xocalı qırğını oldu. Minlərlə adamın günahsız qanı töküldü. Hamı bilə-bilə, hamı görə-görə.
Ağdamda gördüklərim məni dəhşətə gətirir. Sıxıntı və əzab içində Ağdamdan ayrılıram. O meyidləri isə unuda bilmirəm. Gözümü yuman kimi məzhun və yazıq sifətli insanlar gözüm özünə gəlir. O əli kəsilmiş ağsaqqal qocanı necə yadımdan çıxarım? Bir ayağı kəsilmiş ananı, burnu qoparılmış balaca qız uşağını yaddan çıxara bilərəmmi? Bədəni deşik-deşik edilmiş milli ordu əsgərinin o halını necə unudum?
Ağdamdan ağır dərd içində ayrılıram. Qulaqlarımda isə bayaq Ağdam məscidində eşitdiyim o dəhşətli fəryadlar təkrarlanır: "Ay Rza, mən səni belə saxlamamışdım. Səni kim bu hala saldı, ay Rza!"
Ağdamda gördüyüm o dəhşətlərdən sonra hələ uzun müddət özümə gələ bilməyəcəyəm.

KAFİR ERMƏNİ


İndi sənə nifrət edirəm. Əlimə düşsən səni parçalaya-ram, təəssüf də etmərəm! Sən zalımsan, sən qəddarsan! Sən insanlıq adına ləkəsən! Kafir erməni! Sənin hər görünüşün təhlükədir, ölüm təhlükəsi! İnsan qanı içən, kafir erməni! Ağsaqqal, ağbirçək bilməyən erməni! Sən o kafirliyinin, zülmkarlığının cəzasını mütləq alacaqsan!
Müqəddəs "Quran" kitabındaıı: "Kafirlər cəhən-nəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir: "Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq dünyada törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz". Ət- Təhrin ["Qadağan"] surəsi.

MƏHKƏMƏ-TİBB EKSPERTİNİN RƏYİ

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni quldurları tərəfindən qətlə yetirilən şəxslərin xəsarətinin təhlili:
"Xocalı hadisəsi zamanı bizim birliyin ekspertləri tərəfindən məhkəmə tibbi müayinədən 181 meyid keçirilmişdir. Həmin meyidlərdən 130 nəfəri kişi, 51 nəfəri isə qadındır. Müayinə olunan meyidlərdən 13 nəfəri azyaşlı olmuşdur. Xəsarətlərin əmələ gəlmə mexanizminə görə bölünməsi aşağıdakı qaydada olmuşdur:
a) Qəlpə təsirindən - 20
b) Güllə təsirindən - 151
c) Küt alət təsirindən - 10
Xəsarətlər yerləşdiyi nahiyələrə görə aşağıdakı kimi olmuşdur:
a) Baş nahiyəsi - 40
b) Döş qəfəsi - 74
c) Qarın nahiyəsi - 17
d) Ətrafları - 11

Bununla yanaşı müayinə olunmuş meyidlərdən 3 nəfərində ətrafların donması, 33 nəfərində işgəncə əlamətləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərin kə-silməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi, qadın-ların cinsiyyət üzvlərinə odlu silahdan atəş açılması əla-mətləri aşkar edilmişdir. Eyni zamanda göz almalarının çı-xarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət üzvlərinin kəsilməsi müşahidə olumuşdur. Müayinə olunmuş 31 meyiddə isə kombinə olunmuş, yəni bədənin müxtəlif na-hiyələrinin güllə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər olmuşdur. Müayinə olunmuş meyid-lərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanıq kömürləşmə aşkar edilmişdir. Eyni zamanda müayinədən keçən meyidlərdən 10 nəfərində güllə yarası ilə birlikdə onların üzərindən hərbi texnikanın keçməsi əlamətləri olmuşdur.

Baş məhkəmə tibb eksperti,
Professor R. M. Yusifov.

ŞƏHİD XOCALILAR, ŞAHİD XOCALILAR

Verin! Verin də əvət, susdurun bu fəryadı,
Aman! Əsirgəməyin mərhəmətlə imdadı.
Verin! Verin! Gözü yollarda bir yığın bəşərin,
Nə heyrət ah! Əsərsizmi bunca ahu ənin!?
H. Cavid.

Bu fəryadları susdurmaq olarmı! Göylərə yüksələn nalələri sakitləşdirmək mümkün-dürmü? Gözü yollarda qalan yüzlərlə kimsəsizə hansı təsəllini verməli? Necə söyləməli ki, oğulun başı kəsilib, qızın cismi yandınlıb, ananın ağbirçəyi qana bulanıb, bacının namusu ləkələnib! Necə, necə söyləməli bu dəhşətləri? Necə deməli ki, körpə qız uşaq-larının isməti tapdanıb? Bunu hansı ürəklə, hansı vicdanla söyləməli? İnsan adına sığışmayan bu vəhşiliyi hansı xalq sakitliklə dinləyər, qəbul edər? Ömrümüzü, günümüzü məzarıstanlıq ağrısına saldı bu hadisə! Bundan sonra yaşayacağımız ömür xəcalət bürküsündə can verib iztirab çəkəcək. Üzümüzdə təbəssümün azacıq işığı dolaşsa da, içi-miz qəmxanaya çevrilib göz yaşları ilə göynəyəcək. Düşündükcə, yada saldıqca yanıb-yanıb iztirablar içində qovrulacağıq!

Şəhid xocalılarla Ağdamdakı o ürəkağrıdan "görüşdən" sonra şahid xocalıları axtarıram. Şahid xocalıların ağrısını, acısını dinlədikcə bir qorxulu həqiqət dumanına bürünürəm: şahid xocalılar sağ qalıb yaşasa da bu ömür deyil, dolanışıq, güzəran deyil. Şahid xocalıları yaşadan yalnız bir qəribə istəkdir: Bəlkə tapıldı! Şahid xocalılar diri də olmasa, bəlkə doğmalarının meyidini görmək, öz əlləri ilə torpağa basdırmaq ümidi ilə yaşayırlar. Şahid xocalılar yaman ağrılı gün yaşayır. Şahid xocalıların aldığı ümidli xəbərlər də var: kimlərisə qatil ermənilər hələ öldürməyib, girov saxlayır. Şahid xocalılar hər gün Xankəndinin gülləli, mərmili yollarına boylanıb istəklilərinin qayıdacağını gözləyirlər.
Üzgün Xocalı kişisi. Səni hər gün tozlu yollarda otu-ran görürəm, Xocalı kişisi! Üzgün halda, ağrılı bir görk-əmdə, cırıq paltarda tozlu yollar içində oturub ahu-madar bir olan oğlunu gözləyirsən! Səni bir ümid yaşadır, Xocalı kişisi! Oğlunun ya dirisini, ya ölüsünü görmək! Sonra özün demişkən, həyat, yaşamaq səni düşündürmür. Yazıq Xocalı kişisi! Hər gün ac-susuz tozlu yollarda dayanıb oğul həsrəti ilə alovlanırsan! Sənin bu halını, bu yazıq və miskin görkəmini heç zaman unuda bilməyəcəyəm, Xocalı kişisi!
Ağrı-acı içərimi kəsə-kəsə o qanlı fəlakətdə təsadüfən sağ qalan şahid xocalıları soraqlayıram. Hərbi qospitalda ilk görüşüb söhbət etdiyim adam Xocalı sakini Bəxtiyar Aslanovdur.

Ardı olacaq