Ermənilər 5 əsgərimizi öldürdülər - Yenilənib

ermeniler-5-esgerimizi-oldurduler-yenilenib
Oxunma sayı: 681

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 4-də saat 16.00-dan 16.20-dək və 23.40-dan 23.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən yerləşən mövqelərdən;
- saat 23.20-dən 23.30-dək, 23 35-dən 23.40-dək, iyunun 5-də 00.20-dən 00.30-dək, 02.45-dən 02.50-dək, 02.55-dən 03.10-dək, 05.10-dan 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerələşən mövqelərdən;

- saat 02.55-dən 03.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 03.10-dan 03.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 03.00-dan 03.10-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 05.00-dan 05.20-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerələşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

***
Ermənilərin hücumu zamanı şəhid olan Azərbaycan hərbçilərinin adları açıqlanıb. “Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidməti şəhid olan əsgərlər adını açıqlayıb:

Əliyev Amil Novruz oğlu (1988 Neftçala )

Əzizov Xalid Mətləb oğlu (1993 Şəki )

Bağırov Vahid İntiqam oğlu (1993 Ağsu)

Ataşlı Zülfüqar Vəli oğlu (1993 Cəlilabad )

İsmayılov Elçin Əlövsət oğlu (1993 Yevlax )