Ermənilər Ağrı dağında bayraqlarını unutdular

ermeniler-agri-daginda-bayraqlarini-unutdular
Oxunma sayı: 642

Fransada yaşayan bir qrup erməni alpinist Ağrı dağında erməni bayrağı açıblar.

“Qafqazinfo”nun məlumatına görə, Tarpinian və Carina Grigorian olan 26 yaşlı iki erməni qız oğlan dostları və əmiləri ilə bərabər Ağrı dağın fəthinə çıxmışlar.

Fransadan Türkiyəyə gələn qrupa heç yerdə erməni olduğunuzu söyləməyin əmri verilib. İstanbulda isə qorxduqları başına gəlməyən qrup, hətta türklərin onlara olan münasibətinə belə təəccübləniblər: “İstanbulda gördüyümüz münasibət Fransada bizə göstərilən münasibətdən qat-qat yaxşı idi. Onlar Vana da İstanbuldan gəldiklərini bildiriblər”.

3 günə Ağrı dağa çıxan ermənilər zirvəyə qalxanda Ermənistanın bayrağını untuduqlarını görüblər. Bu zaman çıxış yolunu köynəklərini bir-birinə tikməkdə görüblər. Köynəklərindən hazırladıqları erməni və Fransa bayraqları ilə Ağrı dağın zirvəsində “bu dağ bizim” deyərək şəkil çəkiblər.