Ermənilər aqressivləşib

ermeniler-aqressivlesib
Oxunma sayı: 648

Ermənilərin son vaxtlar aqressivləşməsi barədə Ermənistandakı müxtəlif mənbələrdən əldə etdiyim məlumatları beynəlxalq təşkilatların müşahidəçiləri də təsdiqləyir.

Son beş ildə erməni KİV-lərində müxtəlif beynəlxalq institutlar tərəfindən aparılan monitorinqlərin nəticələrinə görə, ermənilərin Türkiyəyə yönələn aqressivliyi azalmaqdadır. Əvəzində Türkiyənin ünvanına yönələn aqressiya Azərbaycana istiqamətlənir. Bu dəyişiklik daha qabarıq şəkildə “futbol diplomatiyası” və “Sürix Protokolu”nun imzalanması dövrünə təsadüf etdi. Tendensiyanın sürəti azalsa da, davam etməkdədir. Əvvəllər Türkiyəıyəı qarşı aqressivlik daha çox olduğu halda, indi bu aqressiya Azərbaycana yönəlib.

Əlbəttə ki, Qarabağ probleminin həllinin uzanması Azərbaycan cəmiyyətində müəyyən narazılıq fonu yaradır və bu, təbiidir. Amma həm xarici müşahidəçilər, həm də yerli ekspertlər atəşkəs dövründə Azərbaycanın daha çox uğur qazandığını bildirirlər. Sözsüz ki, bu məsələdə neft gəlirləri ciddi amil hesab olunur. Bütün hallarda uğur danılmazdır.

Azərbaycan hakimiyyətini ən sərt tənqid edən müstəqil ekspert Mehman Əliyevin də Ermənistanla müqayisədə Azərbaycanın son 20 ildə xeyli irəli getdiyini deməsi reallığı əks etdirir.

Bundan başqa, Qarabağ probleminin araşdırılmasında kifayət qədər vaxt sərf etmiş Tomas de Vaal da hesab edir ki, Azərbaycan apardığı siyasətlə Ermənistanı müflis etməyə çalışır. Sözsüz ki, Tomas de Vaal da bunun konturlarını görməsəydi, belə bir ehtimal irəli sürməzdi. Onun sözlərindən çıxan dolayı nəticə isə odur ki, ötən vaxt Azərbaycanın xeyrinə işləyib.

Erməni ziyalı və siyasətçilərinin də arasında Ermənistanın təcrid olunmasına gətirib çıxaran siyasətin zərərli olduğunu deyənlər az deyil. Bəzi erməni konfliktoloqları var ki, onlar yaranmış aqressivliyin kökündə dolayısı ilə məhz bu siyasətin dayandığını söyləyir. Onların izahına görə, erməni cəmiyyətini uçuruma aparan təcrid siyasətinə haqq qazandırmaq üçün aqressivlik artırılır. Yəni, Ermənistan cəımiyyətinə təlqin olunur ki, bu gün yaşanan bütün problemlərin səbəbkarı Azərbaycan və azərbaycanlılardır. Erməni konfliktoloqlar bu siyasətin və bu təbliğatın hakimiyyətə taktiki manevr üçün lazım olduğunu bildirir. Əlbəttə, Ermənistan hakimiyyəti cəmiyyətdə aqressiya yaratmaqla diqqəti mövcud problemlərdən yayındırır. Amma önəmli olan başqa məqam var. Məsələ ondadır ki, bu gün müharibə real deyil və belə bir şəraitdə cəmiyyətin aqressiyası təhlükəlidir. Müharibə şəraitində aqressivlik və psevdo-vətənpərvərlik hakim elitaya manevr imkanı verir və bu idarəetmə üçün grəkli hesab olunur. Amma müharibə real olmadığı bir vaxtda cəmiyyətin aqressivliyini artırmaq təhlükəlidir. Çünki, sonda bu aqressiya problemləri həll edə bilməyən hakimiyyətə qarşı yönələ bilər.

Xalqının taleyini düşünən erməni ziyalıları da məhz buna görə bu gün Ermənistanda hakim olan faşist ideologiyasının ziyanlı olduğunu və cəmiyyətdə uşrum yarada biləcəyini bildirir.

Bu yerdə bir məqamı da qeyd etmək lazım gəlir. Bu gün Azərbaycanda da çoxlarının adı ilə tanıdığı bir erməni var – Georgi Vanyan. Bəzi erməni konfliktoloqları hesab edir ki, Vanyan məhz hakim elitanın öz layihəsidir. Və bu, cəmiyyətin aqressivliyinin idarə olunması üçün lazımdır. İstəyəndə cəmiyyətin enerjisini boşaltmaq, istəyəndə isə cəmiyyətdə aqressivlik fonunu qaldırmaq üçün.

Belə situasiyada Azərbaycan necə hərəkət etməlidir?

Əlbəttə ki, Ermənistanda aqressivliyin artmasından Azərbaycan öz mənafeləri baxımından istifadə edə bilər. Bu mənada Azərbaycan Ermənistandakı aqressivliyin yüksəlmməsində maraqlı olmalıdır və bu aqressivliyin Azərbaycanın mənafeyinə xidmət etməsi üçün ciddi siyasi-diplomatik texnologiya işlənb hazırlanmalıdır. Necə deyərlər öz əlləri ilə özlərini vurmaq lazımdır. Əks halda, Ermənistandakı aqressivlik zərərimizə işləyə bilər.

Çünki artıq erməni elitası da dərk etməyə başlayıb ki, mövcud duruma qədər keçən vaxt ərzində, bütün problem və neqativ halların mövcud olmasına baxmayaraq, Azərbaycanda xeyli pozetiv dəyişikliklər olub. İndi yaranmış situasiya prosesi Azərbaycanın xeyirinə dəyişə bilər. Erməni elitası isə bunun qarşısını aılmaq üçün artan aqresiyanı istiqamətləndirə bilər.