Ermənilər Bakıya gəlməkdən imtina etdi

ermeniler-bakiya-gelmekden-imtina-etdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun “BBC Azeri”yə istinadən verdiyi məlumata görə, Konqresdə Bolqarıstanın Albena şəhəri və Estoniyanın paytaxtı Tallin də namiziədliyini irəli sürsə də, Bakının namizədliyinə üstünlük verilib. FİDE-nin prezidenti Kirsan İllyumjinov bu üstünlüyü Azərbaycanın idman, o cümlədən şahmatın inkişafı sahəsindəkı nailiyyətləri ilə əlaqələndirib.

Lakin Bakının namizədliyinin müzakirəsi zamanı Ermənistan təmsilçiləri şahmat üzrə Olimpiadanın Azərbaycanda keçirilməsinə etiraz ediblər. Onlar Ermənistan təmsilçilərinin Bakıda keçiriləcək tədbirdə iştirak etmələrinin təhlükəli və problemli bir məsələ olduğunu bildiriblər.
Ermənistanın şahmat yığmasının üzvü Sergey Movsesyan da 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına dair fikirlərində eyni mövqedən çixış edib: “Olimpiada-2016 səhv etmirəmsə, dörd il sonra keçiriləcək. Sonda Olimpiadanın Bakıda keçirilməsinə qərar verildi. Amma indiki vəziyyət elədi ki, bizim yığma bu turnirdə iştirak edə bilməyəcək. Əlavə nəsə demək istəmirəm. Əgər dörd il sonra nəsə dəyişsə... Hər halda bunu heç kim bilmir”.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov isə, öz növbəsində, bütün iştirakçıların, o cümlədən Ermənistan təmsilçilərinin də təhlükəsizliyinin dövlət səviyyəsində təmin oluncağını vurğulayıb.