Ermənilər bilmədən türk seriallarının “xəstə”si olur

ermeniler-bilmeden-turk-seriallarinin-xestesi-olur
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Ermənistanın ən məşhur telekanalı hesab olunan Shant Tv Türkiyənin Ay Yapım şirkətindən “Ezel” serialının ssenarisini alıb. Həmin ssenariyə çəkilən serial isə hazırda Ermənistanda reytinqlərdə zirvədədir.

Belə ki, serialın baş rolunu canlandıran aktyorları da Kenan İmirzalıoğlu və Cansu Dərənin oxşarlarını seçiblər.

Türkiyə mətbuatı Ermənistanda yayımlanan ilk türk ssenarisi üzərində qurulan serialın türklərə məxsus olduğunu erməni izləyicilərinin bilmədiyini qeyd edib.

Xatırladaq ki, “Ezel” serialı təkcə Türkiyədə deyil, eləcə də azərbaycanlı tamaşaçılar tərəfindən izlənilirdi.