Ermənilər Eldar Sabiroğlunun açıqlamasından qorxuya düşüb

ermeniler-eldar-sabiroglunun-aciqlamasindan-qorxuya-dusub
Oxunma sayı: 649

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Ermənistan Müdafiə Nazirliyinin Eldar Sabiroğlunun cəbhə bölgəsində səsləndirdiyi bəyanata verdiyi şərhə münasibət bildirərkən deyib: “Eldar müəllim bildirib ki, bizim ordumuz ən müasir texnika və silahlara, o cümlədən güclü radar sisteminə malikdir. Onların vasitəsilə düşmənin bizə yönəlmiş raket və mərmilərini müəyyənləşdirə və bir neçə dəqiqəyə məhv edə bilərik. Yəni məsələnin mahiyyətini təmiz kənara qoyub mövzunu başqa istiqamətə yönləndirməyə, cümlə oyununa çalışırlar. Çox təəssüf ki, bizdəki bəzi şəxslər də sanki onların mövqeyi ilə çıxış edirlər və Eldar Sabiroğlunu qınayırlar. Həmin adamlara sual vermək lazımdır ki, bir müddət əvvəl düşmən Azərbaycanın neft və qaz kəmərlərini vuracağını deyəndə niyə səslərini çıxarmırdılar, niyə öz şərhlərini vermirdilər? İndi Eldar Sabiroğlunun Ermənistanın obyektlərini vura biləcəyimizin mümkünlüyü barədə dediklərinə qarşı çıxırlar. Halbuki ermənilər Mingəçevir su elektrik stansiyasını vuracaqlarını da bir müddət əvvəl demişdilər. Buna da onlar vaxtilə əhəmiyyət verməmişdilər. Nədənsə Sabiroğlu ermənilərin obyektlərindən danışanda bunlar da danışmağa başlayırlar”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlun bildirmişdi ki, Azərbaycanın elə radar sistemi var ki, düşmənin atdığı raketi yerindəcə təsbit edir və anında zərərsizləşdirə bilir. Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovvanisyan isə bu bəyanata cavab verərək qeyd etmişdi ki, Eldar Sabiroğlunun söylədiklərinin hərbi işlə heç bir əlaqəsi yoxdur və dünyada belə bir radar mövcud deyil ki, eyni vaxtda həm raketi zərəsizləşdirir və cavab zərbəsi vura bilsin.

Səidə