“Ermənilər əsirlərin cinsiyyət üzvlərini kəsirdilər” – V hissə

ermeniler-esirlerin-cinsiyyet-uzvlerini-kesirdiler-v-hisse
Oxunma sayı: 8426


Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı Soyqırımı” kitabı nəşr edilib. “Qafqazinfo” mövzunun aktuallığını, hadisələrə yanaşma tərzinin fərqliliyini nəzərə alaraq kitabın növbəti hissəsini oxuculara təqdim edir:


Əvvəli BURADA



QIRX DOQQUZ QOHUMUN AĞRISI

Ələkbərov Vəkili bayaqdan gözləyirəm. Söhbəti hardan başlayacağımı, hansı suallar verəcəyimi isə bilmirəm. Çoxdandır ki, xocalılarla söhbət edirəm, ağır dərdlərini dinləyirəm. Həmişə də ilkin anda böyük sarsıntılar içində qalıram. Çünki yaralı, zavallı xocalılar o ağır günün müsibətini elə bircə sözlə deyirlər: qardaşım ölüb, anamı öldürüblər, oğlum güllələnib, qızım donub, qohumlarım girovdadır və s. böyük müsibətlər içində yanan xocalılar əzab çəkir fevral faciəsini xatırlamağa.

Amma bayaqdan yolunu gözlədiyim Vəkilin faciəsinin böyük olacağını düşünməzdim. Vəkil o ağır gündə 49 doğma adamını itirib. Nəhayət ki, görüşürük, söhbət edirik Vəkillə. Vəkil ağır dərd içində danışır: - O faciəli hadisədə 49 adamım həm itkin düşüb, həm də qırılıb. Bacımın uşaqları, xalauşaqlarım, anam... ölənlər birdirmi, ikidirmi? Fevralın 25-də gecə saat 2-ə kimi ermənilərin o od-alov yağan hücumunun qarşısında dayana bildik. Gecə saat ikidə artıq mümkün olmadı, Xocalıdan çıxdıq. Biz Xocalıdan çıxanda gözəl yurdumuz od tutub yanır, hər yan uçulub dağılırdı. Yolda meyidlər vardı. 100-ə yaxın adamla Kətik meşəsinə gəlib çatdıq. Gecəni qaldıq meşədə. Sabahı günü Şelli istiqamətinə getdik. Yolda anamı vurdular. (20 gündən sonra gedib yazıq arvadın meyidini gətirdik). Naxçıvanik yolunda gördüm ki, bizdən bir qədər aralıdan bir milis maşını keçdi. Camaatı tələsdirdim ki, yolu tez keçin, yoxsa qıracaqlar. Böyük çətinliklə ordan çıxıb Ağdama gəldik...

Vəkil o fevral faciəsini xatırlayanda bir adamın da igidliyindən xüsusi danışır: Tofiq Hüseynovun. Tofiq Hüseynov Vəkilin həm xalasıoğlu, həm də yeznəsidir. Tofiq Hüseynov o ağır gündə axıra kimi döyüşüb, mərdlik göstərib. Tofiqin ölümündən sonra üç balası yetim qaldı. Qardaşı, ata-anası, həyat yoldaşı da o faciədə həlak oldu Tofiqin. Tofiq Xocalıda batalyon komandiri idi. Doğma torpağı olan Xocalı uğrunda döyüşdə qəhrəmanlıqla dünyasını dəyişdi.

Vəkil ölənlərinin ağrısını çəkə-çəkə indi də girovda qalan doğmalarının yolunu gözləyir. Ömründən ötən hər günü minbir işgəncə və əzabla yola salır. Vəkil böyük dərd
içindədir. Vəkil 49 yaxın adamının ağrısını çəkir. 41 yaşında 49 adamın matəmini saxlayır, intizarını çəkir.

YEDDİ ADAMIM YOXDUR...


Xocalıda kimi dindirirsənsə, ağır dərdi alovlanır, gözlərinə qəribə qəm buludu çökür. Xocalılar böyuk faciə içində yaşayır. Elə ailə yoxdur ki, fevral faciəsi ona dəyib toxunmasın. Xocalıdan elə bir adam tapmaq olmaz ki, qanlı fevral faciəsi ona bədbəxtlik gətirməsin, qəlbini didib parçalamasın. Hər kəsin dərdi özünə görə böyükdür, ölçüyə-gəlməzdir. İnsan ölümündən də sonsuz ağrı nə ola bilər?

46 yaşlı Surxayın da faciəsi böyükdür: 7 yaxın adamını itirib o faciədə. Özü isə təsadüfən sağ qalıb. Düşmən gülləsi o qanlı faciədə xoşbəxtlikdən yan keçib ondan. (İndi çox qəribədir ki, danışıb söhbət etdiyim xocalıların çoxu sağ qaldığına görə özünü qınayır və bu sözü deyirlər: Kaş o günü biz də onlarla birgə öləydik. O vaxt ölsəydik, indi bu müsibətləri çəkməzdik).

İndi böyük qəm içindədir Surxay. Görünüşündən qırx altı yaşlı adama oxşamır. Qırx altı yaşın hökmündən çox-çox uzaqda dayanır. Başına gələn faciə onu vaxtsız-vədəsiz qocaldıb. 60-70 yaşın dolaylarında görünür indi o. (Ümumiyyətlə görüşüb söhbət etdiyim xocalıların çoxu yaşından qoca görünür. Dərd onları bu günə salıb).Surxay o faciəni də sakit halda danışa bilmir...

Quliyev Surxay: - Fevralın 25-də ermənilər hər yandan bizi mühasirəyə aldılar. Həmin günü qorxudan kim hara gəldi qaçırdı. Ölənlərin, itənlərin sayı- hesabı yox idi. Gecə saat 2-də biz Xocalıdan çıxdıq. Abdal-Gülablı istiqamətində gedirdik. Ağbulağa çatanda 300-ə qədər adam gördük orda. Ara necə qarışdısa oğlumu itirdim orda. Nə qədər axtardımsa tapa bilmədim. Adamların çoxu başı- açıq, ayaqyalın idi. Çoxları isə meşələrdə donub ölürdülər. Ən dəhşətlisi balaca uşaqların aclıqdan və soyuqdan göyə yüksələn iniltiləri idi. Biçarələri susdurmaq isə mümkün deyildi. Yazıqlar hardan biləydilər ki, yaxınlıqda quduz ermənilər var və onların səsini eşidib, gəlib adamları qıra bilərlər. Çox adam gözümün qabağında soyuğa dözə bilməyib dondu. Heç bir kömək də edə bilmədik. Min bir çətinliklə gəlib çıxdıq Ağdama. Ağdama çatanda bildim ki, başımıza hansı faciələr gəlib. Öyrəndim ki, qardaşım Quliyev Zəkarət və onun oğlu həlak olub. Qardaşım oğlu Əkbərin 7 yaşlı qızı, o biri oğlu da həlak olub. Qardaşım arvadı Quliyeva Şuradan da indiyə kimi xəbərimiz yoxdur. Qardaşım oğlu Əkbəri 24 gün axtarandan sonra Ağcabə-dinin Şotanlı kəndində tapdıq. Hamımızın, hamımızın itkisi çoxdur. Heç kim deyə bilməz ki, birinin dərdi o birindən böyükdür. Hamı eyni oda, eyni alova düşüb...

Surxay söhbətinin axırında ağrılı bir söz işlətdi: "hələ müsibətimiz Xocalıya yığışandan sonra olacaq". Surxay bu sözləri deyib gözlərini uzaqlara dikdi. Mən isə onun nəyə işarə etdiyini yaxşı başa düşürdüm.

Hə, Surxay qardaş, bildim ürəyinizdən keçənləri. Demək sizin - bütün xocalıların ağrısı hələ qabaqdadır. İndi doğmalarınızın ölümünə yana-yana bir odlu fikir də rahat
buraxmır sizi: o yurd, o torpaq boşalandan sonra ora necə qayıdacaqsınız? O torpağa o adamlarsız necə ayaq basa-caqsınız? Fəlakətiniz, müsibətiniz onda başlayacaq sizin! Boşalmış o yiyəsiz evləri görəndə alışıb yanmayacaq-sınızmı? Ağsaqqalsız, ağbirçəksiz qalmış Xocalı sizə soyuq, yad bir yer kimi görünməyəcəkmi? O xaraba qalmış yurdlar sizi qovmayacaqmı torpaqdan? Yetim uşaqları atasız, anasız görəndə necə sakitlik tapacaqsınız?

Doğrudan da, hələ sizin müsibətiniz qarşıdadır, Surxay qardaş!

"BEŞ ADAMIMI ÖLDÜRÜB ERMƏNİLƏR"


Əvvəl danışmaq istəmir, uzaqlaşır bu söhbətdən. Müxtəlif bəhanələrlə boyun qaçırır o faciəni yada salmaq-dan. Amma inadkarlıq edirəm, Rövşəni dilə tuturam ki, bu faciəni mütləq danışmaq lazımdır. Ona görə lazımdır ki, xalq, camaat hamı bilsin o qırğının böyüklüyünü, insanlara hansı iztirablar verdiyini! Rövşən yenə imtina edir söhbətdən və astadan, kədərli bir səslə deyir: eeh, qardaş, hər şey olub keçdi, danışmağın nə mənası?

Axır ki, Rövşən danışır o şahidi olduğu hadisəni.

Paşayev Rövşən: - Əvvəllər Stepanakertdə(Xankən-dində) yaşayırdıq. 1988-ci ildə ermənilər Stepanakertdəki evimi yandırdılar. 1988-ci ildə gəldik Xocalıya. Xocalıda pis, yaxşı, özümüzə güzəran düzəltdik. Xocalıdakı qo-hum-qardaş da köməklik göstərdi. (Əslimiz Xocalıdandır). Elə yavaş-yavaş özümüzə gəlirdik ki, burdan da ermənilər gəlib bizi qovdular. Fevralın 25-də gecə ermənilər hər yandan Xocalını atəşə tutdular. Elə güllələr atırdılar ki, düşdüyü yer alovlanıb yanırdı. Tez uşaqları və yaxın qonşuları betonun altına yığdıq. Sonra gördük ki, bura da təhlükəlidir. Və bir də gördük ki, ermənilər hər yandan şəhərə girir. Adamlar isə baş götürüb qaçır. Biz də yığışıb meşəyə getdik. 4 gün qaldıq meşədə. Cəmisi 8 adam idik. Yanımızda olan iki arvad donub öldü. Atamı güllə ilə vurdular. Qardaşımı da güllə ilə vurdular. Atamı vuranda bir müddət yaralı qalıb sonra canını tapşırdı. Qardaşım paltarını cırıb atamın ayağına sarıdı. Amma heç bir köməyi olmadı... Artıq meşədə qala bilməzdik. Yolu da tanımırdıq. Üz tutub hara gəldi gedirdik. Qarlı, buzlu yollarla gəlib çıxdıq Şuşanın aşağılarına. Yaxşı ki, ermənilər bizi əsir almadı. O yoldan bir də qayıdıb gəlmişik geriyə. Saatlarla meşədə dolaşıb Ağdama çıxmaqdan ötrü yol axtarmışıq. Gündüzlər meşənin üstündə vertolyot uçur, harda adamların olduğunu axtarırdı. Erməni vertolyotları-nın səsini eşidən kimi kolun, kosun dibində, ağac kovu-şunda gizlənirdik. Meşələr isə meyidlərlə dolu idi. Axır ki, yol tapıb gəldik Şelliyə. 7 gündən sonra gedib ata-mın, qardaşımın, qaynanamın, qaynımın meyidlərini gətirdim. Meyidləri sürüyə-sürüyə gətirirdik ki, ermənilər görüb bizə güllə atmasın. Sonra anamı axtarmağa başla-dım. Axır ki, tapdım. Öyrəndim ki, ermənilər anamı Əs-gərana girov aparandan sonra barmaqlarını kəsmək istə-yirmişlər. Sonra ermənilər bizimkilərlə razılaşıb iki erməni meyidinə çoxlu azərbaycanlı dəyişiblər. Anam da eləcə xilas olub. Amma anam danışır ki, ermənilər elə vəhşiliklər edirdi ki, Əsgəranda. Adamiarı diri-diri yıxıb başını kəsirdilər. Əsgəranda çoxlu sırğalı zənci varmış. Bibimoğlu Elbrus isə indiyə kimi Xankəndində girov saxlanılır.

Rövşən bu faciəli söhbəti danışanda deyir: Bax həyat yoldaşımın atası, anası, qardaşı orda öldurülüb!

Başı böyük müsibətlər çəkmiş və indinin özündə ağrı-lar içidə qovrulan Rövşəndən, onun matəmə bürünmüş ailəsindən əzabla ayrılıram. Rövşənin balaca uşağı isə bərkdən ağlayır. Bilirəm ki, uşaq acından belə nalə çəkir. Axı Rövşənin və onun ailəsinin dolanışığı çox ağır, çox çətindir. Qəddar ermənilər Rövşənin və onun bütün qo-humlarının var-dövlətini tutub alıblar...

...Pilləkənləri düşəndə hələ də körpənin naləsini, ürək parçalayan ağlamasını eşidirdim. Və düşünürdüm ki, bu gün Vətənimiz Azərbaycanın hər yerində yüzlərlə kömək-siz, ac-susuz Xocalı uşağı ağlayır, fəryad qoparır.

"QARDAŞIMDAN VƏ AİLƏSİNDƏN XƏBƏRSİZİK"


Heç vaxt fikirləşməzdim ki, bir gün Naftalana gəlib başı faciələr çəkmiş xocalıları axtaracağam. Dünyanın bu sehirli guşəsinə həmişə adamlar dərddən, şikəstlikdən xilas olmaq üçün üz tutublar, pənah gətiriblər. Naftalan çoxuna ömür verib, həyat, sağlamlıq bəxş edib.

İndi biçarə xocalılar bu məşhur sağlamlıq və müalicə diyarına gəliblər. Amma xocalılar bura sağalmağa, ağır xəstəliklərdən yaxa qurtarmağa gəlməyiblər. Onların dərdi elə dərd deyil ki, burda sağalsın, şəfa tapsın. Xocalılar heç zaman sağalmayacaq bir dərdə düçar olublar. Onlar buraya müvəqqəti yaşamağa gəliblər, erməni vəhşiliyindən qaçıb burda sığınacaq tapıblar. Yurdsuz, evsiz-eşiksiz adamlar burda dərd içində alovlanır, itənlərinin, ölənlərinin xiffətini çəkirlər. Xocalılar başlarına gətirilən o böyük faciəni sıxıntı içində danışırlar.

Əliyev Firidun: - Mən hələ fevralın 19-da postda olanda yaralanmışdım. Ağır vəziyyətdə yatırdım. Məni Eldəniz həkim müalicə edirdi. Fevralın 25-də ermənilər Xocalıya hücum etdilər. Hər tərəfdən şəhərə od-alov yağırdı. Mən hərəkət edə bilmirdim. Məni götürüb xərəkdə apardılar. Bədbəxtliyimizdən həmin günü hava da möhkəm soyuq idi. Göydən qar yağırdı. Məni xaloğlum və dayım xərəkdə çıxardılar Xocalıdan. Sonra gəldik meşəyə. Dörd günə kimi qaldıq meşədə. Yanımızda 300-ə kimi adam vardı. Adamların çoxu qırılırdı. Çoxunu şaxta vurub öldürürdü. Uşaqlar acından ağlaşırdı. Acından qar yeyirdik, itburnunun başını yeyirdik. Axırda min bir çətinliklə Qarqar çayından keçib məni gətirdilər Ağdama. Ağdamda bildim ki, başıma hansı faciələr gəlib. Qardaşım Firdovsi Əliyevin özü, həyat yoldaşı, oğlanları Elçin və Elgiz yoxdur. Altı aydır ki, onlardan xəbərimiz yoxdur. Əmimdən və əmimin həyat yoldaşından da bir xəbər tutmamışıq. Girovda qalmağı haqqında da məlumatımız yoxdur. Hər gün səbirsizliklə onların qayıdacağını gözləyirik. Əgər ermənilər öldürübsə, heç olmasa meyidlərini tapıb dəfn etsək sakitləşərdik...

...Əlbəttə ki, insanın diriliyi, sağ qalmağı ən böyuk şərtdir. İnsanın salamatlığı hər şeydən vacib, gərəklidir. İntizar içində onun yolunu gözləmək necə çətin olsa da bilirsən ki, ölüm-itim yoxdur. Amma səssiz-soraqsız itkin düşən, yaşamağı haqda heç bir məlumat əldə edilməyən adamın yolunu gözləmək iztirabdır, işgəncədir. İnsanın ömrü hər saat, hər an gərginlik və sıxıntı içində keçir. Ömrün hər günü bir sıxıntılı sual toruna sarınır: Görən sağdırmı? Ermənilər öldürməyib ki? Onlara əziyyət vermirlər ki? Ac-susuz qalmırlar ki?

"QARDAŞIM OĞLU YANIMDA ÖLDÜ"


Naftalanda görüşüb söhbət etdiyim adamlar tez-tez bir adamın adını çəkirdilər: Vəzir. Deyirdilər ki, Vəzir öz həmyerliləri ilə Beşmərtəbədə qalıb axıra kimi ermənilərlə döyüşüb. Ermənilər Xocalını alsalar da beşmərtəbədəkilər düşmənə qarşı müqavimət göstəriblər.

Vəzirlə üzbəüz oturub söhbət edirik.

Abışov Vəzirin dedikləri: - Biz Noragüldə üçüncü postda dayanırdıq. Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə biz postdan çıxmağa məcbur olduq. 60-a qədər adam gəlib dolduq Beşmərtəbəyə. Əvvəl razılaşdıq ki, atəş açmayaq. Səhər saat 4-ə kimi ermənilər hər yandan şəhəri atəşə tutdular. Sonra girdilər şəhərə. Biz hər şeyi gözümüzlə görür, amma müqavimət göstərə bilmirdik.

Səhərə yaxın ermənilər başladılar bir-bir evləri yandırmağa. Onların arasında olan qara və göy paltarlı adamlar xüsusi canfəşanlıq göstərirdilər. Beşmərtəbəni atəşə tutanda qardaşım oğlu Abışov Elşadı vurdular. Elşad Beşmərtəbənin üstündə ermənilərlə döyüşürdü. Fevralın 26-da axşam saat altıya kimi Beşmərtəbədə qaldıq. Heç bir kömək gəlmədiyini və ermənilərin bizi mühasirəyə alıb qıracağını başa düşəndən sonra Beşmərtəbənin arxa hissəsindən - pəncərədən çıxmağa başladıq. Ermənilər isə hər yandan bizi atəşə tuturdular. Yağış kimi yağan güllələr altında binadan çıxa bildik.

BİR HAŞİYƏ:


Vəzir bu söhbəti edəndə bizim hökümət rəhbərlərinin xalqa çatdırdığı yanlış məlumatı düşünürəm: guya Xocalıda cəmi iki adam ölüb. Ölənlərin xalqdan gizlədilməsinin böyük bir cinayət sayılması bir yana, Xocalıda qalıb döyüşənlərin unudulması, kömək göndəril-məməsi daha bağışlanılmazdır. Bəlkə də həmin günü xalqa obyektiv məlumat çatdırılsaydı, şübhəsiz ki, igid oğul-larımız onlara köməyə tələsər, ya gedib meşədə, çöllərdə itkin düşənləri tapıb gətirərdilər. Düşmən gülləyə tutsa da bu addımı atmaq lazım idi. Axı, etiraf edək ki, həmin hadisədə biz yurddaşlarımızı xilas etmək üçun heç bir cidd-cəhd göstərmədik. Nəticədə Xocalıda döyüşən də qırıldı, çöllərdə dinc əhali də.

...İndi üz-üzə oturub söhbət etdiyim Vəzir də daxili əsəbini çətinliklə gizlədib yana-yana deyir: "Bircə kömək göndərsəydilər, biz heç Xocalıdan çıxmazdıq". Vəzir bu sözləri həm də ağır təəssüflə deyir. Çünki Vəzir doğma yurdu Xocalını son saata kimi qoruyub müdafiə etmişdi. Amma bu xalqın nankor və xəyanətkar rəhbərləri buna imkan verməmişdi.

Vəzir təəssüflə, ağır bir halda Xocalıda qaldığı son anları xatırlayırdı. O, Xocalı torpağını son nəfəsinə kimi qoruyub saxlayan, müqəddəslik zirvəsində durub, ana yurdu ucalardan uca sayan, onun yolunda həlak olan yurddaşlarından danışırdı.

QORXURAM ONUNLA GÖRÜŞMƏYƏ


Neçə gündür ki, onunla görüşə getmək istəyirəm. Bütün qüvvəmi toplasam da bacarmıram. Sanki hansısa görünməz bir əl uzanıb mənə və bu görüşə getməyə qoymur. Hər dəfə görüşə hazırlaşanda həyəcan və qorxu dolu bir sual qarşısında qalıram: Gedib onunla hansı söhbəti edəcəyəm? O faciəni necə danışacaq, ürəyi gələcəkmi? Axı anadan ötrü bundan böyük dərd, işgəncə olarmı? Ananı bundan da artıq əzablar məngənəsində sıxmaq olarmı? Ananın gözü önündə övladı tikə-tikə doğrayarlarmı?

Çoxdandır, lap çoxdandır ki, Səlimova Nənəşlə görüşə can atıram. Amma gedə bilmirəm. Sadəcə olaraq qorxuram, bədənimi titrədib əsdirən həyəcan keçirirəm. Yəqin bu görüşüb söhbət etdiyim, dərdini dinlədiyim bədbəxt xocalıların içində ən dözümlü bu söhbət olacaq.

Amma gedə bilmirəm bu görüşə. Böyük bir qorxu pərdəsinə bürünmüş tərəddüd içindəyəm.

Hadisə necə olub?

Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə Səlimova Nənəşi oğlu Arazla birlikdə girov tutub Əsgərana aparıblar. Əsgəranda ermənilər Nənəş ananın gözü qabağında sevimli oğlu Araza işgəncə verməyə başlayıblar. Günahsız oğlanı tikə-tikə doğrayıblar. Hər dəfə ətini kəsib soxurmuşlar ağzına. Belə əzabla Arazı anası Nənəşin gözü önündə qətlə yetiriblər. Sonra isə Nənəş ananı buraxıblar. Sinəsinə sağalmaz, çalın-çarpaz dağ çəkəndən sonra zavallı ananı azad ediblər. Yox, elə fikirləşməyin ki, ermənilər xeyirxahlıq və mərhəmət hissi ürəklərini bürüdüyündən bu hərəkəti ediblər. Əsla! İnanmayın! Ermənilər ona görə Nənəş ananı salamat buraxıblar ki, qoy bütün ömrü boyu qovrulub əzab çəksin. Oğul dağını, kəsilib doğranılan övlad ölümünü hansı ana unudub yaddan çıxarar ki? Ona görə də ermənilər Nənəş anaya dəyib toxunmamışdılar.

Amma zalımiıq edib, vəhşilik göstərib ermənilər! Ananın gözü qabağında oğulu doğrayarlarmı! Dünyanın heç bir xalqında belə vəhşi xislətli, zalım sifətli insan olmayıb hələ! Yer üzündə ən qorxunc və təhlükəli bir varlıq varsa, o da ermənidir!

"ERMƏNİLƏR DIRNAQLARIMI QOPARIRDILAR"


Zülmün, işgəncənin hər formasını sınaqdan çıxarırdı ermənilər. Kimsəsiz, köməksiz xocalılara odlu nifrətlə yanaşır, istədikləri hərəkəti edirdilər. Bizim nağıllardan eşitdiyimiz işgəncə üsullarını ermənilər böyük müvəffə-qiyyətlə dinc camaata - ağsaçlı anaya, köməksiz qadına, qocaya, körpəyə tətbiq edirdilər.

Xocalı sakini Cəmil Məmmədovun başına min bir oyun açıblar. 14 min manat pulunu alıblar. Naxçıvanikdə pəyəyə salıb 4 gün ac saxlayıblar. Sonra Əsgərana gətirib nəvəsini orda əlindən alıblar. Nə nəvəsindən, nə də arvadı və qızından xəbər tutmayan, nigaran qalan Cəmil Məmmədovun başına elə müsibət açıblar ki, ağrısı indi də canından çıxmır.

Cəmil Məmmədov: - 4 gündən sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım.

Erməni muzdurları ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar... Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdilər.

"ERMƏNİ QƏBİRİSTANLIĞINDA BAŞLAR KƏSİLİRDİ"


Ermənilər həmin o məşəqqətli gündə əsir tutduqları azərbaycanlılarla istədikləri rəftarı edir, istədikləri işgəncəni verirdilər. Ermənilər neçə yüzilliyin ürəklərində yığılıb qalan nifrətini dinc camaatın üstünə tökürdülər. İnsanların diri- diri başını kəsirdi ermənilər.

Səriyyə Talıbova: - Bizi erməni qəbiristanına gətirdilər. Burada baş verənləri danışmağa çətinlik çəkirəm: 4 nəfər gənc mesxeti türkünü və 3 azərbaycanlını bir erməni yaraqlısının qəbri üstündə qurban kəsdilər... Bundan sonra əsgərlər və yaraqlılar valideyinlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyə başladılar. Sonra buldozerlərin köməyi ilə meyidləri dərəyə tökdülər. İncan cildinə girmiş bu vəhşilərin ürəyi bununla da soyumadı. Onlar əynində milli ordunun forması olan iki azərbaycanlı gətirdilər və vintaçanla onların gözlərini dəldilər...

AZƏRBAYCANLILARIN GÖZLƏRİ ÇIXARILIRDI


Bəli, ermənilər həmin o hadisədə insanları dünyada ən şirin nemət olan göz işığından məhrum edir, sonra qətlə yetirirdilər. Ermənilər qəsdən belə zülmü edirdilər.

Doğrudan da, əgər insanı öldürəcəksənsə, onda niyə işgəncə verib gözlərini çıxarırsan?

Həsənova Fitat, Xocalı sakini. - Yazıq qadına ermənilər görün hansı işgəncəni veriblər!
Başına vurub zədələyəndən sonra əl-qolunu bağlayıb bədbəxt qadının gözlərini çıxarıblar.

Məmmədova Məhruzə, Xocalı sakini. - Yazıq qadına verilən işgəncələr daha dözülməzdir. Ermənilər qadını necə əzabla öldürüblər! Baxın, diqqət edin, bu zülmə, bu vəhşiliyə! Əvvəlcə qadının gözlərini çıxarıb, işığa həsrət qoyublar köməksiz qadını. Sonra kinli ermənilərin ürəyi bununla da soyumayıb. Sonra qadının döş vəzilərini və burnunu kəsiblər.

Məmmədova Tamara Səlim qızı. - Yazıq qadına verilən işgəncə dözülməzdir, ürəkparçalayandır. Ermənilər bu zülmkarlıq və zalımlığına görə nifrətə layiqdir! Ana müqəddəsliyinə hörmət, ehtiram bir yana qalsın, heç olmasa o əzablı ölümə düçar etməyəydin bu qadını! Erməninin gözünü vəhşilik, qatillik pərdəsi elə tutub ki, hələ də anlamır ana müqəddəsdir, ana dünyanın, hamının anasıdır. Millətindən, irqindən asılı olmadan hamı anaya, qadına eyni ehtiramla yanaşmalıdır. Budur erməninin azərbaycanlı qadını Məmmədova Tamaraya olan "münasibəti". - Əvvəlcə bədəni güllə yarası alıb. Sonra yaralı qadına ermənilər növbəti işgəncəni verib: bədbəxtın gözlərini çıxarıb onu həyat işığından məhrum ediblər. Bununla da ürəyi soyumayan ermənilər qadının döşlərini kəsib qətlə yetiriblər.

Aslanov İqbal Bahadur oğlu. - İqbalın ölümü çox faciəlidir. İqbalın başına açılan oyunları sakitliklə qarşılamaq olmur. İqbalın böyük işgəncə ilə qətlə yetirildiyini təsdiq edən sənədləri həyəcansız, sarsıntısız oxumaq olmur. İqbal milli orduda döyüşürdü. Doğma torpağı Xocalını qəhrəmanlıqla qoruyurdu. İqbal bilmirdi ki, bir gün amansız düşmən gəlib yurdunu alacaq, onu isə əzabla qətlə yetirəcək. İqbal hər gün qarşısını kəsdiyi düşmənin belə amansız olacağını, türk qanına hədsiz dərəcədə susadığını düşünməzdi də. Əgər düşünsəydi özünə qəsd edər, zalım erməni əlinə keçməzdi. Çox heyf İqbaldan. Çox heyf ki, erməni vəhşiliyinin onu bu hala salacağını fikirləşmirdi də. İnsan olan kəsin bu dəhşətləri edəcəyinə inanmırdı.

...İqbalın əvvəl gözlərini çıxartdı ermənilər. Onu dünya işığına həsrət qoydular. Sonra cinsiyyət üzvünü kəsib yandırdılar.
İgid və qəhrəman İqbal beləcə qətlə yetirildi.

YANDIRILANLAR


Ermənilərin ən vəhşi cəza üsullarından biri adamları diri-diri yandırmaq idi. Azəri türklərini yandırmaqdan böyük zövq alırdı ermənilər. Özü də yana-yana əzab çəkib ölən insanın iztirablarından rahatlanır, xoş bir əhval keçirirdilər. Yanan türk övladı idisə niyə sevinib şad olmayaydı ermənilər. Onlar ki, pis hərəkət etmirdi, öz ulu
babalarının ən böyük istəyini həyata keçirirdilər. Nə idi bu istək?

Azəri türklərini işgəncə ilə öldürmək. Və indi də ermənilər öz sələflərinin murdarlanmış ruhlarını şad edirdilər.

Yandırılırdı xocalılar, min bir işgəncə ilə qətlə yetirilirdi günahsızlar. Hüseynov Şakir Mustafa oğlu.
* Şakir milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu bütövlükdə yandırıblar.
İmani Ağayar.
* Ağayar milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu da yandırıblar.
Məmmədov Saday.
* Saday milli orduda döyüşür, doğma torpağını qoruyurdu. Ermənilər Sadayı da yandırıblar.
Hüseynov Allahverdi Qulu oğlu.
* Heç bir günahı olmayan Allahverdini də qəddar ermənilər yandırıblar.
Rəcəbov Cəbrayıl Mehdi oğlu.
* Ermənilər Xocalıya girəndə Cəbrayılı əsir alıb əl-ayağını məftillə bağladılar. sonra üstünə benzin töküb yandırdılar.
Fərzəliyev Cahan Hümbət oğlu.
* Ermənilər qəddarlıqla onu yandırıblar.
Kərimov Firuz.
* Ermənilər onu da işgəncə ilə öldürüb yandırıblar
QADINLARIN DÖŞLƏRİNİ KƏSİRDİLƏR
Ermənilərin əsir qadınlara olan münasibəti insan rəftarından tamam uzaq idi. Əsir Xocalı qadınlar istənilən təhqirə və şəxsiyyət alçaqlığına məruz qalırdılar. Əsir qadınların gözü qabağında övladını öldürür, qətlə yetirirdi ermənilər. Qadınları ən ağır işlərdə işlədir, olmazın işgəncə verirdilər. Onların namusunu ləkələyir, ismətinə toxunur-dular. Bununla da bu alçaq hərəkətlərlə də sakitləşmirdi ermənilər. Ürəklərindəki kin soyumurdu. Yazıq Xocalı qadınlarını işgəncə ilə öldürürdü ermənilər. Qadınların döşlərini kəsirdilər.

Kərimova Firəngül.
* Döşünü kəsdikdən sonra qulaqlarını kəsmişdilər. Sonra gözlərini çıxarıblar. Sonra da bədənini doğrayıblar.
Əzimova Dilarə Seydulla qızı.
* Döşü kəsilmiş, güllələnmişdir.
Məmmədova Tamara Səlim qızı.
* Döşləri kəsilmişdir. Gözləri çıxarılıb. Bədənində güllə yarası vardı.

CİNSİYYƏT ÜZVLƏRİ KƏSİLİRDİ


Erməni vəhşiliyini sübuta yetirən bir cəza üsuludur bu. Ermənilər dünyada ən qəddar və qatil adamların belə qəbul etmədiyi vəhşi "cəza üsulunu" azərbaycanlılara tətbiq edirdilər. Köməksiz, günahsız adamları içəridən qırıb məhv edir, sonra qətlə yetirirdilər.

Ermənilər əsir azərbaycanlıların cinsiyyət üzvlərini kəsirdilər.
Səlimov Bahadur. Xocalı sakini.
* Cinsiyyət üzvü kəsilmiş, sonra yandırılmışdır. Behbudova Sürəyya Yusif qızı.
* Cinsiyyət üzvünə çoxlu güllə vurulmuşdur.
Öldürülüb tanınmaz hala düşən çoxlu xocalının cinsiyyət üzvü kəsilmişdir.

İÇKİ ŞÜŞƏLƏRİ CƏZA ÜSULUDUR


Bu haqda camaat arasında danışıq gedirdi. Söz-söhbət yayılmışdı ki, ermənilər doğrudan da belə vəhşiliklər edirmişlər. Sübutlar, dəlillər ermənilərin belə "cəza üsulunun" mövcudluğunu təsdiqlədi. Xocalı əsirlərinə isə ermənilər daha tez-tez belə "üsulları" tətbiq edirdilər.

Kərimov Samuray. Xocalı sakini.
- Arxa keçəcək dəliyində boş içki şüşəsi. Bu işkəncədən sonra onun gözlərini çıxarıb güllələmişlər.
İndi bu vəhşiliklərdən sonra erməniyə nə ad vermək olar? Ermənidə insafın, mürüvvətin, vicdanın olmadığını bu faktlar sübuta yetirmirmi? Bəlkə dünyanın hansı bir xalqısa bu hadisədən sonra ermənini müdafiəyə qalxacaq, onun tərəfində dayanacaq? Yox, inanmıram belə "möcüzənin" baş verəcəyinə? Bu hadisəni eşidib bilən hər kəs erməniyə yalnız bu adı verməlidir: Kafir! Kafir erməni!

KAFİR ERMƏNİ!


Erməni kafirdir! Erməni zülmkardır! Erməni insan qanı içəndir! Kafir erməni yer üzündə zalımlıq, işgəncə bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Böyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır!

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyıb zülmkar ermənini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüzü gözləyin, ey insanlar! Ey adı nurlu

Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!
Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haqda: "Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik"; Fus-silət ["Müfəssəl izah edilmiş"] surəsi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciəsi - Xocalı qırğını oldu. Yüzlərlə insanın nahaq qanı axıdıldı. Adamlar vəhşicəsinə qətlə yetirildi...

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN


** Kərimov Manaf Tanrıverdi oğlu. 23 yaşında. Fəhlə. - Başın və ətrafların qəlpə yaraları.
** Zeynalov Məhəmməd Məsi oğlu. 35 yaşında. - Ətrafların güllə yaralarından həlak olmuşdur.
** Həsənov İlqar Ələkbər oğlu. 53 yaşında. - Başın güllə yarasından həlak olmuşdur.
** Əzimova Pərvanə Hüseyn qızı. 45 yaşında. Evdar qadın. - Döş qəfəsinin güllə yarasından həlak olub.
** Əzimov Həsənbala Şahmurad oğlu. 57. yaşında. - Başın güllə yarasından həlak olmuşdur.
** Məmmədov Eldar Əmirxan oğlu. 34 yaşında. Fəhlə. - Başın güllə yarasından həlak olub.
** Kərimova Firəngiz Mütəllim qızı. 60 yaşında. Evdar qadın. - Döş qəfəsinin güllə yarasından həlak olub.
** Ələkbərov Aydın Təvəkkül oğlu. 12 yaşında. Şagird. - Başın güllə yarasından həlak olub.
** Nəbiyeva Sara Əkbər qızı. 24 yaşında. Evdar qadın. - Sağ budun qəlpə yarası, sağ əlin parçalanması.
*** Eyvazov Hidayət Əli oğlu. - Başın qəlpə, sol gö-zün çıxarılması, qarnın və budun güllə yarasından həlak olub.
*** Xanməmmədov Barat Kamil oğlu. 23 yaşında. Fəhlə. - Döş qəfəsinin ön səthinin güllə yarasından həlak olub.
*** İsgəndərov Əliabbas Qara oğlu. 24 yaşında. - Döş qəfəsinin arxa səthinin güllə yarasından həlak olub.
*** Həmənova Gülçöhrə. - Döş qəfəsinin və qarnın güllə yarası, sol əlin pəncədən kəsilməsindən həlak olub.
*** Həsənov Şöhlət Üsub oğlu. - Döş qəfəsinin güllə yarasından, yuxarı ətrafın kəsilməsindən həlak olub.
*** Mikayılov Araz. - Döş qəfəsinin, qarın və sağ budun güllə yaralarından həlak olub.
*** Məmmədov Rasim Səlim oğlu. - Baş qəlpə yarasından, kəllə qapağının qopmasından həlak olub.
*** Naməlum kişi meyidi. Təxmini yaşı 25-35. - Döş qəfəsinin ön səthinin güllə yarası, qulaq seyvanının və cinsiyyət üzvünün, döş qəfəsinin kəsilmiş yaraları.
*** Naməlum kişi meyidi. Təxmini yaşı 20-25. - Başın güllə yarası, göz almalarının çıxarılması, başın kəsilmiş yarasından həlak olub.
*** Bədəlov Tofiq. - Tankla əzilmiş, yandırılmış, gözləri çıxarılıb, qulaqları kəsilmişdir.
*** Abışov Əli Əbdül oğlu. - Bədənin küt travması, skelet sümüklərinin çoxlu sınıqları.
*** Əzimov Natiq Abbasqulu oğlu. - Kürək nahiyəsinin güllə yarasından həlak olub.
*** Səfiyeva Gözəl. - Bədənin müxtəlif nahiyələrinin güllə yarasından həlak olub.

XOCALI RAYON PROKURORU GİLEYLİDİR


Prokuror niyə gileyli olmasın ki? Prokuror niyə günahkar rəhbərlərimizdən odlu-alovlu danışmasın ki? Axı, XX əsrin bu ağır və qanlı cinayəti prokurorun gözü qabağında baş verib. Prokuror bu qanlı qırğının qarşısını almaqdan ötrü hansı işləri görməyib? Kimlərə teleqramlar, məktublar göndərməyib, kimlərə ağız açıb kömək istəməyib? Prokuror rəhbərlərin laqeydliyini, bəzi siyasətçilərin isə xalqın taleyi ilə oyun oynadığını yaxşı görürdü.

Xocalı rayon prokuroru, kiçik ədliyyə müşaviri Atakişi Atakişiyevlə dənizkənarında, sakit bir yerdə oturub söhbət edirik. Atakişi bəy böyük təəssüf və ürək ağrısı ilə o qanlı hadisəni danışır: - 1991-ci il sentyabrın 2-də respublika Baş prokurorunun əmri ilə məni Əsgəran rayon prokurorluğuna müavin təyin edib Xocalı şəhəri üzrə, Xocalı şəhərində oturmaqla prokuror səlahiyyəti verilmişdi. 1992-ci ilin yanvar ayının 28-də Xocalı rayonu yaradıldı və məni Əsgəran rayon prokurorunun müavini vəzifəsinə təyin etdilər. Xocalıda vəziyyətin ağırlığı ilə bağlı iş planımız aşağıdakı kimi idi: - Mən, icra hakimiyyətinin başçısı Elman Məmmədov, rayonun milis şöbəsi, aeroport milis şöbəsi, yerli özünümüdafiə dəstəsi və idarə, təşkilatlarla birlikdə Xocalının müdafiəsində dayanırdıq. Bu işlərə rəhbərlik mənə və icra hakimiyyətinin başçısı Elman Məmmədova tapşırılmışdı. Elman bəylə mən müəyyən müddətə Xocalıdan çıxır, tanıdığımız və ya yoldaşlıq etdiyimiz icra hakimiyyəti başçılarından hərbi sursat alıb gətirirdik Xocalıya. Mən özüm dəfələrlə Saatlı, Sabirabad, Hacıqabul, Əli Bayramlı, Biləsuvar, Cəlilabad, İmişli, Şamaxı rayonlarının real köməyini görmüşəm. Elman müəllim isə Bərdə, Yevlax, Ağcabədi, Gəncə, Tovuz və Qazax rayonlarından hərbi sursat təşkil edib Xocalıya gətirib. Belə çətinlik və əzabla Xocalının müdafiəsini təşkil edirdik. Ümumiyyətlə, mən Xocalıda olanda ilk dəfə milis şöbəsində 7 avtomat vardı. Qalan silahların isə hamısını özümüz öz gücümüzə və yaxud dolayı yolla pulla alıb Xocalını silahlandırmışdıq. 1991-ci ilin noyabr ayının 28-də Əsgəran rayonunun içərisində bizim UAZ markalı maşında 3 nəfər öldükdən sonra Əsgəran yolu bağlandı. Hətta bir neçə gündən sonra ermənilər Əsgəran qalasını böyük panellərlə hördülər. Yol kəsildi. Xocalıların çıxış yolu yalnız hava xəttinə bağlı idi. Vertolyotlarla sursat, ərzaq və digər təchizat vaxtında təmin olunmadı. Son üç ayda isə Xocalıya Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən heç bir yardım olmayıb. Hətta məsləhətçi də yox idi. Mən fevralın 13-dən 25-nə kimi Ağdamda - qərargahda olub, respublika rəhbərliyini vəziyyətlə məlumatlandırır, mühasirəni yarmaq üçün iş aparırdım. Amma hazırlanan əməliyyatlar dəfələrlə kimlər tərəfindənsə pozulurdu. Vəziyyət isə ağır idi. Xocalı göz görə-görə əldən gedirdi. Lakin yuxarıdan - Bakıdan bizə heç bir kömək göndərilmirdi. Belə olduqda fevralın 25-də gündüz saat 12-də respublika rəhbərliyinə daha bir teleqram vurdum. Qeyd edim ki, bu mənim növbəti teleqramlarımdan biri idi. Bu teleqram o vaxt vurulmuşdu ki, onda hələ Xocalını ermənilər almamışdı. Bu teleqram alınanda müəyyən cəhd göstərilsəydi, şübhəsiz ki, dinc əhalinin qırılmağının qabağı alınardı.

TELEQRAM


Azərbaycan respublikası prezidenti
A.Mütəllibov yoldaşa
SURƏTİ: Azərbaycan respublikası baş prokuroru
M.Babayev yoldaşa
SURƏTİ: Azərbaycan televiziya və radio şirkətinin
24 saat proqramına
Əziz rəhbərlərimiz! Xocalı rayonu artıq əldən gedir. Bütün bu hadisələr Xocalının üstündədir. Xocalı gedərsə DQMV ermənilərin olacaq. Biz Xocalını saxlasaq, DQMV bizim olacaq. Ona görə də Əsgəran aradan götürülməlidir.
Artıq 25 gündür Xocalıya heç bir vertolyot işləmir. Hazırda Xocalıda 7 min əhali yaşayır. Arvad, uşaq, qoca və s. Əgər siz bizə kömək etməsəniz, artıq 4 illik zəhmət hədər gedəcək. Biz sizdən təxirəsalınmaz kömək gözləyirik. Xocalı Azərbaycanın taleyini həll edir.
Xocalı rayon prokuroru: A.Atakişiyev.
Görünür, respublika rəhbərliyi mənim teleqramımın da üstünə qara bir örtük saldı. Əgər belə olmasaydı cəmi 5 - 6 saat sonra o qanlı faciə baş verərdimi?
...Nəhayət, elə həmin gün, fevralın 25-də axşam saat 10 radələrində Xocalıdan telefonçu Gülşən məni telefona çağırdı ki, Xocalı hərbi texnika ilə dörd bir tərəfdən mühasirədədir. Texnika yavaş-yavaş şəhərə yeriyir.
Təxminən gecə saat 12-ə qədər hər beş dəqiqədən bir mənə bu haqda məlumat verilirdi. Mən isə bu məlumatı respublikanın prezident aparatına, Bakı şəhər icra hakimiyyətinə, respublika Baş prokuroruna çatdırırdım. Bütün qərargah üzvləri rayon daxili işlər şöbəsinin rəisinin otağında idilər, onlar da hər yerə məlumat verirdilər. Mən Şuşa hərbi komendantı Rəhim Qazıyevlə iki dəfə telefonla danışdım. İcra hakimiyyətinin başçısı ilə əlaqə saxladım. Heç yandan kömək göstərilmədi. Gecə saat 12-də, bəlkə də birin yarısında Gülşən mənə dedi ki, yoldaş prokuror, şəhəri dörd tərəfdən yandırırlar, mən artıq poçtdan çıxıram. O poçtdan çıxdı, rabitə xəttimiz qırıldı, hava telefonu ilə poçtun rəisi gecə saat 2-yə qədər mənimlə danışa bildi. Sonra onunla da əlaqəmiz kəsildi. Mən həmin gecə təxminən saat 4 -5 radələrində Ağdamda olan xocalılarla bərabər Şelli tərəfə getdik. Təxminən saat 5 radələrində adamlarımızın bir hissəsi - yaralı qaçqınlar göründülər. Və dəhşətli xəbərlər verdilər: bizi qırdılar, əsir götürdülər, ölən öldü, qalanlar gəlir və s. Biz Şelli dağlarından Naxçıvanikə qədər gedib yaralılarımızı, ölənlərin meyidlərini daşımağa başladıq. Hadisəni bütün Ağdam rayonu bildi və silahlı adamlar yaralıları, meyidləri gətirmək üçün dağlara səpə-ləndilər. Biz fevralın 26-sı, 27-si, 28-zi və 29-da dağlardan yaralı və meyidləri daşıdıq.

Prokuror o faciəli hadisəni danışanda, gördüyü insan ölümlərini xatırlayanda acı-acı ağladı.

Ardı olacaq...