Ermənilər iddia edir ki...

ermeniler-iddia-edir-ki
Oxunma sayı: 660

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumatı təkzib edərək Azərbaycan Müdafiə Nazirliyinə məsləhət verməyi də unutmayıb. Ovannisyan bildirib ki, Azərbaycan ordusunda baş verənləri özü həll etməli və günahkarları qarşı tərəfdə axtarmamalıdır.

Mətbuat katibinin sözlərinə görə, erməni tərəfi Azərbaycan tərəfindən pozulan atəşkəs rejiminə cavab verməyib.

Qeyd edək ki, cəbhənin Ağdam istiqamətində baş verən insident zamanı Azərbaycan ordusunun əsgəri Ceyhun Məmmədli yaralanmış və hospitala yerləşdirilmişdi, lakin vəziyyəti ağır olan əsgərimiz qısa müddətdən sonra vəfat etmişdi.