Ermənilər parad keçirəcək – Şuşanın işğal günü

ermeniler-parad-kecirecek-susanin-isgal-gunu
Oxunma sayı: 658

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, hərbi parad Qarabağın müdafiə ordusunun yaradılmasının 20 illiyinə və Şuşanın “azad” edilməsinə həsr olunacaq. Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə ordusunun informasiya və təbliğat bölməsinin rəhbəri Senor Asratyanın sözlərinə görə, hərbi parad möhtəşəm olacaq. Bu paradın imkanlarına və avadanlıqlarına görə əvvəlki üç paradı üstələyəcəyini qeyd edib. Paradda müxtəlif növ silahlar və brotexnika nümayiş olunacaq. Eyni zamanda Senor digər məqamları gizli saxlayaraq bunun cəmiyyət üçün sürpriz olaraq qalmasını istədiyini deyib.

Paradda nə qədər hərbi qulluqçunun iştirak edəcəyinə isə açıqlama verməyib: “Ancaq onu deyə bilərəm ki, paradda erməni xalqının bir hissəsi iştirak edəcək, sadəcə olaraq yarısı müşahidəçi qismində, yerdə qalanları isə iştirakçı kimi çıxış edəcək”.

Səidə