Ermənilər Qarabağ müharibəsinə film çəkdilər – Video

ermeniler-qarabag-muharibesine-film-cekdiler-video
Oxunma sayı: 671

Moskvada 20 il əvvəl Qarabağ müharibəsi zamanı şaxtaya düşərək oradan çıxa bilməyən Azərbaycan və erməni əsgərindən bəhs edən filmin primyerası baş tutub. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, “Yarımçıq qalmış nəğmə ("Прерванная песня") filminin lentinin rejissoru Arik Manukyanın sözlərinə görə, filmin özü oktyabrda nümayişə çıxarılacaq.

Hələ ötən ilin yanvarından başlanılan filmin gecikməsinə səbəb kimi isə rejissor, bunu Azərbaycan tərəfinin hazırladığı provakasiya ilə əlaqələndirib. Çəkiliş qrupunun üzvləri bildiriblər ki, bir neçə epizodda çəkilən azərbaycanlı aktyorlar daha sonra Rusiyadakı Azərbaycan cəmiyyətinin rəhbərlərinin təzyiqi ilə layihəni davam etdirməkdən imtina ediblər.

Müəlliflər qeyd ediblər ki, Azərbaycan tərəfi dəfələrlə layihənin reallaşmasına mane olublar: “Səbəblər göz qabağındadır: ermənilərin nə etməsindən və məqsədlərindən asılı olmayaraq heç bir şeyi qəbul etməmək”.

Müəlliflər filmin şəxsi hesablarına çəkdiklərini əlavə ediblər. Çəkiliş qrupu layihənin kənardan maliyyələşməsindən imtina etməklərini süjetə olunacaq dəyişikliklərlə razılaşmamaqları ilə əlaqələndiriblər.

Səidə