Ermənilər sabirabadlını Ukraynada öldürdülər

ermeniler-sabirabadlini-ukraynada-oldurduler
Oxunma sayı: 641

Mərhumun qohumu, Sabirabad rayonu Əsgərbəyli, Muradbəyli, Yuxarı Axtaçı və Qasımbəyli kənd camaatı İctimai Birliyinin sədri İlham Əmiraslanovun “Qafqazinfo”ya verdiyi məlumata görə, öldürülən şəxs Sabirabad rayonunun Yolçubəyli kənd sakini Mehbaliyev Elnur Zabil oğlunun 24 yaşı təzə tamam olmuşdu. Ölüm səbəbi Kiyev şəhərinin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır. Onu da qeyd edək ki, Mehbaliyev Elnur Zabil oğlunun 4 yaşında övladı var idi. Cənazəsi hələ Azərbaycana gətirilməyib. Sənədlərində problem olduğu meyitin ata ocağına yəni Sabirabada gətirilməsində çətinliklər olub.

Peyman Sadıqov