Ermənilər təyyarəmizi vurub? - Fotolar

ermeniler-teyyaremizi-vurub-fotolar
Oxunma sayı: 667

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb. Bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyinin mətbuat katibi Senor Asratyan məlumat verib. Onun sözlərinə görə, pilotsuz təyyarə sentyabrın 12-də məhv edilib. Arsax Müdafiə ordusu yaydığı məlumatda isə bildirilib ki, son vaxtlar erməni-azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin paralel pozulmasının və Azərbaycan tərəfinin Hərbi Hava Qüvvələrinin aşkar fəallığı nəzərə çarpır. Müdafiə ordusu bir neçə gün ərzində Azərbaycan tərəfinin axtarış uçuşları həyata keçirdiyini və bəzi hallarda sərhədi pozduqlarını bəyan edib. Hadisənin təfərrüatlarının araşdırılması üçün komissiyanın yaradıldığı, araşdırma aparıldığı bildirilir.