Ermənilər yeni terror təşkilatı yaradır - NEO-ASALA

ermeniler-yeni-terror-teskilati-yaradir-neo-asala
Oxunma sayı: 689



Amerika erməniləri xaricdə türk diplomatlarını öldürməkdə təqsirli bilinən terror təşkilatı ASALA-nın bənzəri olan bir təşkilat yaradır. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-dakı erməni diasporası “Amerika erməni legionu”nu yaradaraq, təşkilat üzvlərinə hərbi hazırlıqlar keçir. Türkiyənin “Sabah” qəzeti şəxsi mənbələrinə istinad edərək NEO-ASALA təşkilatının fəaliyyəti barədə ilk dəfə olaraq məlumat yayıb.

Həm www. americanarmenianmilitia.com internet saytında, həm də məşhur sosial şəbəkələrdə mövcud olan erməni təşkilatının məqsədi Ermənistanın düşməni hesab edilən ölkə və qruplara qarşı mübarizə aparmaqdır. Qəzetin yazdığına görə, təşkilatın məqsədlərindən birinə ABŞ-ı daxili və xarici düşmənlərdən qorumaq da daxildir. Təşkilatın xüsusi hərbi hazırlıqlar keçməsini özündə əks etdirən şəkillər və sənədlər də mövcuddur. Təxminən 1000-ə yaxın üzvü olan təşkilatda hərbi nizamın hökm sürdüyü deyilir: “Kaliforniyanın müxtəlif yerlərinə təşkilat üzvləri tapançalardan, snayperlərdən və ağır silah növlərindən atmağı öyrənirlər. Bundan başqa, təşkilatda xüsusi təyinatlının komandaları hərəkət edirlər ki, 2-3 nəfərdən ibarət həmin təyinatlılar sui-qəsdlərin hazırlanması kimi xüsusi məşqlər keçirlər”.

Yaranmış vəziyyətlə bağlı Ankaranın cavab addımları atacağı qeyd edilir: “Türkiyənin milli təhlükəsizliyini hədələyən bu təşkilatın fəaliyyətinin qarşısının alınması üçün Ankara axtarışa və diplomatik hücuma keçib. Təşkilatın fəaliyyətinin dayandırılmayacağı təqdirdə Ankaranın Vaşinqtona etiraz notası göndərəcəyi qeyd edilir.

Səidə