Ermənilərin Oftalmologiya hiyləgərliyi

ermenilerin-oftalmologiya-hiylegerliyi
Oxunma sayı: 679

“Qafqazinfo” xəbər verir ki, ilk baxışda göz xəstəliklərinin profilaktika və müalicəsi ilə məşğul olan oftalmologiya elminin Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur, ancaq ermənilər burada da öz çirkin siyasətlərini yürütməyi və iyrənc təbliğatlarını aparmaqdan çəkinmirlər. Beləki, Amerika Oftalmologiya Akademiyasının beynəlxalq nəşrlərindən biri olan “EyeNet” jurnalında ”From Armenia to Tanzania: The Eyes of Hope and Change” (Ermənistandan Tanzaniyaya qədər: Ümid və dəyişiklik gözləyən gözlər) adlı məqalə dərc olunub.
http://www.aao.org/aao/publications/eyenet/200811/international.cfm

Məqalədə ABŞ-da çalışan Ohanesyan soyadlı erməni əsilli bir oftalmoloqun 90-cı illərin əvvəllərində Ermənistana və Dağlıq Qarabağa səfəri zamanı gördükləri və düşündükləri dərc olunub. Onun sözlərinə görə Dağlıq Qarabağ XX əsrin 30-cu illərində Stalin tərəfindən Azərbaycanın ərazisinə daxil edilibmiş və buna dözməyən erməni xalqı SSRİ dağıldıqdan sonra 1992-93-cü illərdə öz müstəqillikləri naminə Qarabağda mübarizəyə başlayıblar. Apardıqları mübarizə zamanı onlar azərbaycanlılar tərəfindən vəhşicəsinə məhv edilmiş və Azərbaycanın başladığı müharibə nəticəsində minlərlə erməni şikəst olmuşdu.

Məqalə ilə əlaqədar olaraq bir qrup gənc oftalmoloq - Tural Qəlbinur, Arifə Məmmədli, Səkinə İsmayılova, Faiq Orucov və Emin Əlihüseynli Amerika Oftalmologiya Akademiyasının rəhbərliyinə və “EyeNet” jurnalının baş regaktoruna çox sərt etiraz məktubu göndərmişlər. Məktubda reallığın heç də məqalədə qeyd edildiyi kimi olmadığını, əslində ermənilərin deyil azərbaycanlıların bu müharibədə zərərçəkən olduğunu, məhz bizim ərazilərin işğal altında olmasını və Xocalı soyqırımı barədə məlumatları qeyd etmiş, həmçinin oftalmoloji jurnalda siyasi xarakterli məqalənin çap olunmasına təəssüf etdiklərini bildirmişlər.

Qeyd etmək istərdim ki, beynəlxalq oftalmologiyada böyük nüfuza malik olan “EyeNet” jurnalına göndərilən məqlələrin heç də hamısı dərc olunmur. Ancaq bizim gənc oftalmoloqların hazırladığı etiraz məktubu nəinki çap olunmuş, hətta göndərilmiş məktuba cavab olaraq “EyeNet” jurnalının baş redaktoru və Amerika Oftalmologiya Akademiyasının rəhbərliyi bu xarakterli məqalənin dərc olunmasına və məqalədə Azərbaycan tərəfinin mövqeyinin əks edilməməsinə görə təəssüf etdiyini bildirmiş, həmçinin gələcəkdə bu cür məqalələrin nəşrinə icazə verilməsində daha diqqətli olacağına söz vermişdir.

http://www.aao.org/publications/eyenet/201101/letters.cfm#four