Ermənilərlə azərbaycanlılar arasında kütləvi dava oldu

ermenilerle-azerbaycanlilar-arasinda-kutlevi-dava-oldu
Oxunma sayı: 654

Rusiya mətbuatının verdiyi məlumata görə, insident şəhərdəki kiçik kafelərdən birində baş verib.

Dava nəticəsində kafedəki stol, stullar və qab-qacaq qırılıb. Bundan sonra, hadisə yerinə daha bir neçə avtomobillə insanlar köməyə gəlib. Rusiya Federasiyası İrkutsk vilayətinin İstintaq komitəsi rəhbərinin baş köməkçisi Vladimir Salovarovun verdiyi məlumata görə, insident zamanı bıçaq və travmatik silah da işə düşüb. Dava hadisə yerinə polis işçiləri gələndən sonra bir qədər səngiyib.

İnsidentdə ümumilikdə 6 nəfər xəsarət alıb. Onların arasında kafenin sahibi də var. Polis isə davada iştirak edən 7 nəfəri saxlayıb. BMW X5 və Toyota Exiv markalı avtomobillər isə axtarışdadır. Hadisə ilə bağlı ölümə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Araşdırma aparılır.

ANS PRESS