Ermənilərlə görüş baş tutdu - Yenilənib

ermenilerle-gorus-bas-tutdu-yenilenib
Oxunma sayı: 636

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş “Rossiyskaya qazeta”nın redaksiyasında baş tutub. Qapalı keçirilən görüşdə müzakirə olunan məsələlər barədə media nümayəndələrinə məlumat verilməyib. Hər iki ölkənin ziyalılarının görüşü Moskvanın Mərkəzi Ədəbiyyat Evində davam etdiriləcək.

***

Görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibi də məlum olub. Ziyalıların görüşündə Azərbaycanı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Azərbaycan Dövlət Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə təmsil edirlər.

Bundan başqa görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyada keçmiş səfiri Armen Smbatyan, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da iştirak edirlər.

Qeyd edək ki, görüşün bu gün keçiriləcəyi barədə xəbər Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində yer alıb. Görüşdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanmasa da, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəylinin görüşdə iştirak edəcəyini öyrənmək mümkün olub.

Xatırladaq ki, bu Azərbaycan və Ermənistan ziyalılarının sayca üçüncü görüşüdür.