Ermənipərəst deputatın saytı dağıdıldı

ermeniperest-deputatin-sayti-dagidildi
Oxunma sayı: 643

“Qaqfazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, dünən günortadan sonra Boyerin şəxsi internet saytını açmaq mümkün olmayıb.

Bundan sonra eyni türk haker qrupu Fransa parlamentinin və Senatının rəsmi saytlarını hədəfə alıb.

Boyerin saytında türkcə və ingilsicə bu mesaj yayılıb: “O qədər düşüncə azadlığına sayğılı bir ölkəsiniz var ki! Erməni “soyqırımı” deyə bir şey yoxdur, deyərək bu həqiqəti dilə gətrən birinin həbsə atılmasına yol açırsınız. O qədər iküzlü bir idarəçilyiniz var ki, bizim üzümüzə başqa, digər ölkələrə başqa şey danışırsınız”.

Hakerlər Fransanın Əlcazirdə törətdiklərini də xatırladıblar: “Sizin parlament öncə öz problemi olan Əlcazirdə törətdiyi soyqırımdan danışsın. Biz bilirik ki, Türkiyədə yaşayan ermənilər sizin ölkənizdə yaşayan və diaspordan qidalanan ermənilərdən çox fərqlidir. Siz diaspor erməniləri, dövlət arxivlərini açıb həqiqətlə üzləşməyəcək qədər qorxaqsınız. Siz fransızların səsi üçün həqiqəti heçə sayan savallılarsınız!”