Ermənipərəst konqresmenlər Azərbaycana qarşı

ermeniperest-konqresmenler-azerbaycana-qarsi
Oxunma sayı: 689

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, konqresmenlər ABŞ-ın Azərbaycana silah satışını qanunsuz hesab edərək, 907-ci düzəlişə qoyulan məhdudiyyətləri gücləndirməyə çağırıblar.

Konqresmen Şiff Klintonun Cənubi Qafqaza səfəri ərəfəsində 3 erməni əsgərinin öldürülməsinin əsas gətirərək dövlət katibinin Azərbaycana səfəri zamanı bu məsələni müzakirəyə çıxarmağı tələb edib: “Azərbaycan hərbiçilərinin son zorakılıq aktı bu həftənin sonu Klintonun Bakıya səfəri zamanı bu hərbi davranışları pisləməsini daha da vacib edir. Təmas xəttində Azərbaycanın provakasiyası Əliyev rejiminin militarist ritorikasının birbaşa nəticəsidir və onlar dayandırılmalıdır. Biz 907-ci düzəlişi tətbiq etməliyik və Azərbaycana istənilən silahın və ya ikiqat təyinatlı mallarının ötürülməsini qadağan etməliyik”.

Qeyd edək ki, Ermənistan mətbuatı iyunun 4-də Ermənistan-Azərbaycan sərhədində 3 erməni əsgərinin öldürülməsi ilə bağlı xəbər yaymışdı.

Onu da xatırladaq ki, bu gün Ermənistan tərəfinin açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub.

Səidə