Ermənistan Azərbaycanı müharibə ilə hədələdi

ermenistan-azerbaycani-muharibe-ile-hedeledi
Oxunma sayı: 640

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin mətbuat katibi David Babayan bildirib.

Onun sözlərinə görə, Azərbaycan aeroporta hər hansı zərər vurarsa bu casus belli, yəni müharibəyə başlamaq üçün rəsmi səbəb olacaq: “Bu, genişmiqyası hərbi əməliyyatların yenilənməsi anlamına gələcək. Beləliklə də Azərbaycanın bu addımına səbəb kimi deyil, vəsilə olaraq baxılacaq”.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bəyan etmişdi ki, aeroportun istismara verilməsinin Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddiaların dəstəyi üçün istifadə oluna bilməz. Qondarma respublikanın prezidentinin mətbuat katibi David Babayan isə dünən buna cavab olaraq bildirmişdi ki, “Stepanakert” aeroportunun açılması siyasi məqsədlər daşımır: “Dağlıq Qarabağ Respublikasının (qondarma) rəhbərliyi dəfələrlə bu haqda danışıb. Azərbaycan isə əksinə olaraq bu məsələni siyasiləşdirmək istəyir, fərziyyələr irəli sürür”. Daha sonra qeyd etmişdi ki, bu aeroport sosial-iqtisadi obyektdir və ölkənin inkişafına xidmət edəcək.