Ermənistan Davudoğlunun çıxışından təşvişə düşüb

ermenistan-davudoglunun-cixisindan-tesvise-dusub
Oxunma sayı: 637

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Ermənistan XİN-nin müavini Şavarş Köçəryan Əhməd Davudoğlunun fikrinə belə münasibət bildirib:

“Əgər Türkiyə XİN-i Əhməd Davudoğlu həqiqətən də Qarabağ münaqişəsinin nizamlanmasına yardım etmək istəyirsə, o zaman Türkiyə Qarabağ probleminin mahiyyətini təhrif etməyə çalışmamalıdır. Dağlıq Qarabağ xalqı öz müqəddaratını özü təyin etməlidir”.

Ş.Köçəryanın sözlərinə görə, münaqişəni həll etmək üçün Türkiyə Azərbaycanı münaqişə tərəfdarı ilə danışıqlara razı salsa bu, çox effektiv olar: “Türkiyə ən azından Azərbaycanın mövqeyini dəstəkləməyə davam etməməlidir”.

Aynur