Ermənistan “Eurovision”la bağlı qərarını verdi - Siyahı

ermenistan-eurovisionla-bagli-qerarini-verdi-siyahi
Oxunma sayı: 654

Qafqazinfo Gün.Az-a istinadən xəbər verir ki, “Eurovision” mahnı müsabiqəsi “Bakı 2012”-nin işçi qrupundan verilən məlumata görə bu il keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakçı ölkələrin sayı 2008 və 2011-ci ildəki rekord həddədir.
2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin “Eurovision-2012” mahnı müsabiqəsində son 3 ildə iştirak etməyən Monteneqro da builki yarışmaya qatılıb.
Bununla da “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb.

“Eurovision-2012” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand yarışmaya 40-dan artıq ölkənin qatılmasından məmnunluq hissi duyduğunu bildirib.
“Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq.
“Eurovision-2012”-də iştirak edəcək ölkələrin siyahısı.

1. Albaniya
2. Ermənistan
3. Avstriya
4. Azərbaycan
5. Belarus
6. Belçika
7. Bosniya və Herseqovina
8. Bolqarıstan
9. Xorvatiya
10. Kipr
11. Danimarka
12. Estoniya
13. Finlandiya
14. Fransa
15. Makedoniya
16. Gürcüstan
17. Almaniya
18. Yunanıstan
19. Macarıstan
20. İslandiya
21. İrlandiya
22. İsrail
23. İtaliya
24. Latviya
25. Litva
26. Malta
27. Moldova
28. Monteneqro
29. Niderland
30. Norveç
31. Portuqaliya
32. Rumıniya
33. Rusiya
34. San Marino
35. Serbiya
36. Slovakiya
37. Sloveniya
38. İspaniya
39. İsveç
40. İsveçrə
41. Türkiyə
42. Ukrayna
43. Böyük Britaniya

Təəssüf ki, Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Yan Ola Sandın sözlərinə görə, Polşanın bu ilki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVPi-nin işinin gərginliyi ilə əlaqədardır.