Ermənistan Göyçə gölünü qurudur - Fotolar

ermenistan-goyce-golunu-qurudur-fotolar
Oxunma sayı: 647

Qərbi Azərbaycan ərazisində yerləşən, hazırda isə Ermənistanın işğal etdiyi torpaqlarda yerləşən Göyçə (Sevan) gölü qurumaq təhlükəsi ilə üz-üzədir. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Ermənistan hökuməti belə bir vəziyyətdə suvarmanın, gölün əvvəlki səviyyəsini bərpa etməkdən daha vacib olduğunu qərara alıb.

Ölkə parlamenti ekoloqların etirazlarına əhəmiyyət verməyərək qanuna düzəlişləri qəbul edib. Beləliklə, qanuna əsasən, Qafqazın ən böyük şirin su hövzəsi olan Göyçə gölündən buraxılan suyun miqdarı iki dəfə artırılacaq.

Ermənistan məmurlarının bəyanatına görə isə, mühüm kənd təsərrüfatı əhəmiyyətinə malik Ararat vadisindəki quraqlıqla mübarizə aparmaq üçün Sevan gölündən suyun illik buraxılması 170- 320 milyon kubmetrə qədər artırılmalıdır.

“Əgər biz suvarma suyuyla normal təchizatı təmin etmək istəyiriksə, onda belə ölçülərə müraciət etməyə məcbur olacağıq ki, 40 min hektar ölçüyə malik ərazi suvarmasız qalmasın". Qeyd edək ki, belə bir bəyanatla iyunun 14-də ölkənin baş naziri Tiqran Sarkisyan çıxış etmişdi.

Ekoloqlar isə hökumətin ölkənin quraqlıqdan əziyyət çəkməsi ilə bağlı bəyanatını təkzib edirlər və bu qanun layihəsinin ictimai rəy olmadan qəbul edildiyini deyirlər. Bəzi ekoloqların fikrincə, quraqlıq - yalnız göldə suyun səviyyəsinin artımının qarşısını almaq üçün bəhanədir. Bununla da erməni məmurlar, oliqarxlar gölün ətrafında tikdirdikləri bağ evlərini subasmadan qorumağa çalışırlar.

Ekoloqlar iddia edir ki, bu il gölün səviyyəsi 11 santimetr azalacaq və bu da balıqların artımına mane olacaq.

Səidə