“Ermənistan hakimiyyəti Ramil Səfərovun azad olunacağından xəbərdar imiş”

ermenistan-hakimiyyeti-ramil-seferovun-azad-olunacagindan-xeberdar-imis
Oxunma sayı: 648

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Macarıstandakı erməni milli muxtariyyət təşkilatının vitse-prezidenti Aleks Avanesyan bildirib.

“Biz bəzi mənbələrdən öyrənmişdik ki, Macarıstan Ramil Səfərovun ekstradisiyasına hazırlaşır. Bunu eşidər-eşitməz Ermənistanın Macarıstandakı səfirliyini və Ermənistan diasporasını məlumatlandırdıq. Biz onun Azərbaycana qayıtmasının qarşısını almaq üçün hər şeyi etdik”.

Onun sözlərinə görə, Macarıstanın erməni icması ölkə parlamentinə və Ədliyyə Nazirliyinə şikayət yollayıb: “Güman edirəm ki, burda Ermənistanın xarici siyasəti də rol oynamalı idi. Biz etməli olduğumuzu etdik, amma dəstək almadıq”.

Aynur