“Ermənistan heç vaxt Azərbaycanın fikrini nəzərə almayıb”

ermenistan-hec-vaxt-azerbaycanin-fikrini-nezere-almayib
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, gələn il keçiriləcək müsabiqədə Ermənistanı təmsil edəcək mahnıda hər hansı Azərbaycan motivləri aşkar edilsə rəsmi Bakı müsabiqənin təşkilat komitəsinə şikayət edəcəyini bildirmişdi. “Belə bəyanatlar hər il səslənir, bunlar adi bəyanatlardır. Bizim belə mövzulara qarşı immunitetimiz var. Bundan əlavə, belə bəyanatlar artıq dəbdən düşüb”.
Azərbaycan tərəfinin məlum bəyanatından sonra baş ağrısı olmasın deyə Ermənistan müsabiqədə şərq motivlərindən istifadədən imtina edə bilərmi sualını cavablandıran Qasparyan belə bir şeyin olmayacağını bildirib: “Əlbəttə yox. Nə olmalı idisə, o da olacaq. Ermənistan heç vaxt bizim “Avroviziya”dakı mahnılarımızla bağlı Azərbaycanın fikrini nəzərə almayıb”.
Səidə