Ermənistan parlamenti fövqəladə toplantı keçirir

ermenistan-parlamenti-fovqelade-toplanti-kecirir
Oxunma sayı: 655

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, fövqəladə toplantıda Macarıstan hökuməti tərəfindən azadlıqdan məhrum edilən Ramil Səfərovun ekstradisiyası ilə bağlı bəyanatın qəbul ediləcəyi planlaşdırılır.

Qeyd edək ki, avqustun 31-də Ermənistan prezidenti Serj Sarkisyan da Milli Təhlükəsizlik Şurasının təcili toplantısını keçirmişdi. Daha sonra diplomatik nümayəndələrin rəhbərləri ilə təşkil olunmuş görüşdə Macarıstanla diplomatik əlaqələrinin dayandırlması ilə bağlı qərarını açıqlamışdı.