Ermənistan parlamentinin növbədənkənar iclası başladı -Yenilənib

ermenistan-parlamentinin-novbedenkenar-iclasi-basladi-yenilenib
Oxunma sayı: 642

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, iclasın əsas mövzusu Ramil Səfərovun Azərbaycana ekstradisiyasına həsr olunub.

Qeyd edək ki, Ermənistan parlamentinin reqlamentinəə əsasən növbədənkənar iclaslar parlament sədri tərəfindən prezidentin, hökumətin və ya deputatların üçdə birinin təşəbbüsü ilə onlar tərəfindən təklif edilən məsələnin müzakirəsi üçün çağırılır.

***
Qeyd edək ki, iclasın gedişində parlament bəyanat qəbul edəcək. Bəyanatda Ermənistanın parlament səviyyəsində Macarıstanla əlaqələri dayandırdığı qeyd olunur.


Səidə