“Ermənistan vəziyyətdən sui-istifadə edir”- Mövqe

ermenistan-veziyyetden-sui-istifade-edir-movqe
Oxunma sayı: 657

"Noyabrın sonlarında həmsədrlərin regiona səfəri gözlənilir. Lakin mən bu səfərdən bir şey gözləmirəm. Ermənistan keçmişdə olduğu kimi vəziyyətdən sui-istifadə edir. Ermənistan Azərbaycanın verdiyi konstruktiv təkliflərə cavab vermək əvəzinə, başqa yolu seçir. Azərbaycanın işğal olunmuş ərazilərindən sui-istifadə edir və beləliklə prosesdə irəliləyişin olmasında maraqlı olmadığını göstərir". Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.