Ermənistanda inqilab yetişdi – Video

ermenistanda-inqilab-yetisdi-video
Oxunma sayı: 677

Erməni Milli Konqresinin dünən başladığı aksiyanı gecə dədavam etdirib. “Qafqazinfo” xəbər verir ki, ölkənin keçmiş prezidenti, müxalifət lideri Levon Ter-Petrosyan «Azadlıq meydanı»nda fasiləsiz etiraz aksiyalarına başladıqlarını elan edib. Müxalifət fasiləsiz oturaq etiraz aksiyasının hələlik bir həftə davam edəcəyini bildirir.

Ermənistan müxalifəti növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini və Seçki Məcəlləsinin dəyişdirilməsini tələb edir. Ter-Petrosyan bildirib ki, onlar maksimalist deyillər.«Yəni, hökumətin də istənilən ağlabatan kompromis təklifini müzakirə etməyə hazırıq», – deyə keçmiş prezident bildirib.

Hazırda Ermənistan paytaxtı Yerevanın mərkəzində müxalifətin çadırları qurulub. Müxalifət fəalları liderləri ilə birlikdə oktyabrın 1-nə keçən gecəni çadırlarda keçiriblər.

Polis bu mitinqi qanunsuz adlandıraraq onun iştirakçılarının məsuliyyət daşıdıqlarını bildirib. Amma polislə hələlik heç bir qarşıdurma olmayıb.

Armenia.flv