Ermənistandakı əhalinin sayı açıqlandı

ermenistandaki-ehalinin-sayi-aciqlandi
Oxunma sayı: 672

“Media forum” saytı xəbər verir ki, Ermənistanda əhali 2011-ci ilin oktyabr ayında siyahıya alınıb. 2011-ci il oktyabrın 12-nə olan vəziyyətə görə, Ermənistanda 2 milyon 871 min 509 nəfər qeydiyyatdadır. Milli Statistika Xidməti ölkədə yaşamayanlar da daxil olmaqla Ermənistan əhalisinin sayının 3 milyon 285 min 767 nəfər təşkil etdiyini bildirir.

Rəsmi statistikaya görə, 2001-ci ildə Ermənistan əhalisinin sayı 3 milyon 458 min 303 nəfər olub və 10 il ərzində ölkəni 173 min nəfər tərk edib. Son siyahıyaalmaya görə, əhalinin 12 faizi, yəni 414 min nəfər ölkədə yaşamır.