Ermənistandan absurd - İddia

ermenistandan-absurd-iddia
Oxunma sayı: 659

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

O, Əhməd Davudoğlunun Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Konseyi Zirvəsində dediyi “Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması Cənubi Qafqazın inkişafına əsas maneədir” fikirlərinə belə münasibət bildirib: “Türkiyə Ermənistanı illərdir ki, blokadada saxlamaqla yanaşı inkar siyasəti aparır və beynəlxalq öhdəlikləri qəbul etmir. Azərbaycan isə Dağlıq Qarabağla bağlı sülh danışıqları istiqamətində ATƏT-in Minsk qrupunun səylərinə məhəl qoymur. Əgər Türkiyə rəsmisi Cənubi Qafqazın inkişafını bu qədər düşünürsə, o zaman üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirsin. Qarabağ münaqişəsinin nizamlanmasına müdaxilə etməsin”.


Aynur