Ermənistandan təyyarə - Açıqlaması

ermenistandan-teyyare-aciqlamasi-
Oxunma sayı: 649

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumaat görə, “Air Armenia”nın direktoru Arsen Avetisyan Türkiyəni Ermənistana qarşı “şou” hazırlamaqda ittiham edib.

Onun sözlərinə görə, Türkiyə tərəfi təyyarənin məcburi şəkildə yerə endirildiyi anı media vasitəsilə işıqlandıraraq bu hadisədən şou hazırlayıb.

Ermənistan XİN-nin sözçüsü Tiqran Balayan isə daha öncə “AFP” xəbər agentliyinə verdiyi açıqlamada Suriyaya humanitar yardım aparan təyyarənin Türkiyədə əvvəlcədən planlaşdırılmış eniş etdiyini və bunun Türkiyə ilə Ermənistan arasında razılıqla edildiyini bildirib.

Qeyd edək ki, Suriyanın Hələb şəhərinə humanitar yardım göndərən Ermənistana məxsus yük təyyarəsi Türkiyə hava məkanında olarkən Ərzurum hava limanına enməyə məcbur edilib.

Aynur